Avstraliya irqi

Avstraloid irqi — böyük Melanesiya-Avstraliya irqinin tərkibində kiçik irq; bəzən ayrıca böyük irq kimi də qeyd edilir.

Avstraloid geniş irqi təsnifatdır. Konsepsiyası irqi təsnifatın bir tipoloji üsulu ilə yaranmışdır.[1][2][3] Cənub-Şərqi Asiyanın,AvstraliyanınOkeaniyanın tünddərili aborigen əhalisinin mənsub olduğu irq. Avstraloid irqinin klassik tipi, əsasən, avstraliyalılarla (aborigenlərlər) təmsil olunur: ayrı-ayrı xüsusiyyətlərinə Cənubi və Cənub-Şərqi Asiya və Qərbi Okeaniyanın bəzi populyasiyalarında da təsadüf edilir. Avstraloid irqi üçün dərinin tünd rəngli (lakin Afrika zəncilərinə nisbətən bir qədər açıq rəngli), gözün qüzehli qişasının tünd-qəhvəyi, saçın dalğalı, yaxud qıvrım, tünd-bənövşəyi, yaxud qara olması (bəzi populyasiyalarda uşaqların və gənc qadınların saçının nisbətən açıq rəngli olmasına baxmayaraq) səciyyəvidir. Zəncilərdən fərqli olaraq Avstraliya irqinin nümayəndələrinin bədənlərində və üzlərində 3-cü tük örtüyü inkişaf etmişdir, burunları enli, üst dodaqları hündür və qalın, kəllə qutusu orta böyüklükdə, sifətləri ortaenlidir, proqnatizm müşahidə edilir; dişləri çox iri, ətrafları uzundur.[4]

  1. O'Neil, Dennis. "Biological Anthropology Terms." 2006. May 13, 2007. Palomar College.[1] Arxivləşdirilib 2007-06-12 at the Wayback Machine
  2. http://www.pbs.org/wgbh/nova/first/gill.html Arxivləşdirilib 2021-04-17 at the Wayback Machine Does Race Exist? A proponent's perspective by George W. Gill.
  3. Moore, Ruth Evolution (Life Nature Library) New York:1962 Time, Inc. Chapter 8: "The Emergence of Modern Homo Sapiens" Page 173--First page of picture section "Man and His Genes": The Australoid race is identified as one of the five major races of mankind, along with the Mongoloid, Negroid, Caucasoid, and Capoid races (pictures of a person typical of each race are shown)
  4. Azərbaycan Milli Ensiklopediyası, II cild, Bakı. 2010, səh.359