Ferens Deak (mac. Deák Ferenc; 17 oktyabr 1803[1][2][…], Şöytör[d], Habsburq monarxiyası[3] – 28 yanvar 1876[1], Budapeşt[3]) — Macarıstan dövlət xadimi və ölkəsinin ilk ədliyyə naziri.[4]
Ferens Deak | |
---|---|
mac. Deák Ferenc | |
Macarıstanın ilk ədliyyə naziri | |
17 mart 1848 – 2 oktyabr 1848 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 oktyabr 1803[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 28 yanvar 1876[1] (72 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Ferenç Deak[d] |
Anası | Erjebet Şibrik[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ferens Deak Macarıstanın cənub-qərbindəki Zala əyalətində Söjtör şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Ferens Deak de Kexida (1761-1808), hüquqşünas və torpaq sahibi idi. O həm də Kapornak rayonunun baş hakimi olmuşdur. Anası isə xanım Ersebet Sibrik (1768-1803) idi.
Ferens Deak ali təhsilini hüquq ixtisası üzrə tamamladıqdan sonra ardıcıl olaraq vəkil və notarius vəzifələrində çalışmışdır. 1833-cü ildə ilk dəfə siyasi həyata atılan Deak artıq 1850-ci illərdə Macarıstan siyasətində ən mühüm şəxsiyyətlərindən biri idi.
1836-cı ildə Deak senzorların icazəsi olmadan dəstəklədiyi məsələlər haqqında məqalə yazdı və yayımladı. Bu məqalə onun adının əhəmiyyətli dairələrdə daha da məşhurlaşmasına gətirib çıxardı. O, məclisin 1839-1840-cı il qanunlarının yaradılmasında yaxından iştirak etdi və çox keçmədən Macarıstan Elmlər Akademiyasının fəxri üzvü seçildi. 1842-ci ildə qardaşının ölümündən sonra Deak islahatlara dair səmimiliyini göstərmək üçün könüllü olaraq vergilərini ödəməyə başladı. Macarıstan krallığındakı bütün zadəganların vergilərdən azad edilməsi haqqında qanunun aradan qaldırılması dövrün reformist hərəkatının ən böyük addımlarından biri olmuşdu. 1846-cı ildə Polşa üsyanının qanla nəticələnməsi reformistlərin şöhrətini daha da artırdı. Tezliklə Deakın rəhbərliyi ilə “Qarşıdurma Manifestosu” hazırlanaraq ictimaiyyətə təqdim edildi. İnqilab müddətində Deak öz sakitliyini qoruyaraq, şiddətin siyasi bir vasitə kimi istifadəsinə qarşı çıxdı. Daha sonra Ferens Deak Batyani hökumətində ədliyyə naziri təyin olundu. Bir zamanlar inqilab hökumətinin bir parçası olan Deak Habsburq monrxiyası ilə “Koşutun liberalları” arasında uzlaşma əldə edə bilmək üçün bir neçə dəfə Vyana məhkəməsinə getdi. Lakin səyləri nəticəsiz qaldıqda o vəzifəsindən istefa edərək yalnız parlament üzvü olaraq fəaliyyətini davam etdirdi. İstiqlal müharibəsinin sonlarında Deak artıq təqaüdə çıxmışdı və inqilabi hadisələrin bir çoxunda iştirak etmədi. Bu səbəbdən Macarıstanın məğlubiyyətindən sonra Deaka Avstriya məhkəməsi tərəfindən bəraət verildi.
1850-ci illərdə Deak vaxtının böyük bir hissəini təqaüddə keçirtdi və hər hansı bir ictimai rolu, vəzifəni və mövqeni rədd etdi. Buna baxmayaraq fəal siyasət yeritmədən müxtəlif milli məsələləri dəstəklədi. Daha sonra Deak əmlakını böyük İştvan Seçeniyə sataraq Macarıstan ictimai həyatının de-fakto lideri olmaq üçün Buda şəhərinə köçdü.
1859-cu ildə baş verən II İtaliya istiqlal müharibəsi Deakın siyasi arenaya yenidən qayıtmasına səbəb oldu. (Baxmayaraq ki, o Avstriya hökumətinin 1860-cı il islahat təkliflərinə qarşı çıxmışdı) 1861-ci ildə Ferens Deak Avstriya tacına ərizə vermək üçün çağırış edən qrupun lideri oldu və Habsburq məhkəməsinə müraciət etdi. Onun istəklərinə cavab olaraq I Frans Yosef mövcud rəhbərliyi vəzifəsindən uzaqlaşdırdı və yeni parlament çağırdı. Deak, Kalman Tisa və digər çağdaş siyasətçilərdən ibarət, yeni yaradılmış komitəyə “çalışan formula” hazırlamağı tapşırdı. Onlar öhdəliklərini 1866-cı ildə, Avstriya-Prussiya müharibəsi başladığı bir zamanda tamamladılar.
1867-ci ildə Deakin səyləri nəticəsində Avstriya Habsburq imperiyası Avstriya-Macarıstan imperiyasına çevrildi. Avstriya “Aprel qanunları”nın keçərli olduğunu qəbul edirdi. Lakin Macarıstanın öz idarəetmə formasını müstəqil formada təyin etmə hüququna qarşılıq olaraq xarici işlər və müdafiə nazirlikləri iki ölkə tərəfindən ortaq olaraq yaradıldı.[5] Beləcə bu müqavilə ilə Macarıstanın ölkə bütünlüyü qorunur və ona daxili məsələlərdə geniş bir muxtariyyət verilirdi. Deak müqaviləni imzalamaqla öz məqsədini reallaşdırmış oldu. Buna baxmayaraq o yeni yaradılan hökumətin rəhbərliyini qəbul etmədi və ən yaxın dostu olan Dyula Andraşinin hökumətində yer almadı. Ferens Deak ona verilən titullardan imtina edərək siyasətdən uzaqlaşdı.
O, 1876-cı ilin yanvar ayının 28-də vəfat etdi. Ölümündən sonra Macarıstan parlamenti Ferens Deakin xidmətlərini unutmamaq üçün onunla bağlı qərar qəbul etdi və Budapeştin məşhur meydanlarından birinə adı verilərək, heykəli qoyuldu