Avstriya Coğrafiya Cəmiyyəti

Avstriya Coğrafiya Cəmiyyəti (alm. Österreichische Geographische Gesellschaft‎) — Avstriyanın coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Vyana şəhərində yerləşir. Prezidenti 2015-ci ildən Helmut Volfşlaqdır[1].

Avstriya Coğrafiya Cəmiyyəti
alm. Österreichische Geographische Gesellschaft
Növü ictimai təşkilat
Yaranma tarixi 1856
Rəsmi dili alman
Mərkəzi Avstriya Avstriya
geoaustria.ac.at

Cəmiyyətin əsası 1856-cı ildə Avstriyanın Vyana şəhərində qoyulmuşdur.

Cəmiyyət müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvlər üçün öz nəşrləri çap olunur.

1902-ci ildə burada 2065 üzv var idi.

Avstriya Coğrafiya Cəmiyyəti Avstriyadakı ən böyük elmi birləşmələrdən biridir və təxminən fiziki şəxslərdən və elmi qurumlardan ibarət 1300 üzvü var.

  1. Geographie Aktuell, Ausgabe 24 II/2015 Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine. geoaustria.ac.at  (alm.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]