Avstriyadakı cinsi zorakılıq qalmaqalı müxtəlif Qərb yurisdiksiyalarında katolik kilsələrinin cinsi təcavüz qalmaqalları silsiləsində cinayət işinin əsas hissələrindən biridir. Ona görə qərb ölkələrində baş vermiş həmin qalmaqallardan onu xüsusilə qeyd etmək lazımdır.
Kardinal alm. Hans Hermann Groër cinsi sui-istifadə ittihamı ilə II İohann Paul tərəfindən Vyana arxiyepiskopu vəzifəsindən uzaqlaşdırıldı. Papa Qroerin 75 illik yubileyi münasibətilə yazdığı istefa məktubunu rəsmi olaraq qəbul etdi. Ölümünə qədər iddiaları ictimaiyyət qarşısında şərh etməkdən qəti şəkildə imtina edən Qroer cinsi istismar qalmaqallarında iştirak edən ən yüksək səviyyəli katolik ruhanilərindən biri idi.[1]
Qroer bir neçə ay Drezdendə qaldı və daha sonra təqaüdə çıxdı.[2] O, 83 yaşında Sankt Pöltendə vəfat etdi və Avstriyanın Marienfeld şəhərindəki Sistersiya qəbiristanlığında dəfn edildi.
Yepiskop Kurt Krenn 2004-cü ildə seminariyada bir tələbə tərəfindən yükləndiyi iddia edilən uşaq pornoqrafiyası ilə bağlı qalmaqaldan sonra tutduğu vəzifədən istefa verməli oldu.[3][4] Seminariyada birinin kompüterində 40.000-ə qədər fotoşəkil və açıqlanmayan sayda filmlər, o cümlədən uşaq pornoqrafiyası tapıldı, lakin Krenn bu görüntüləri "uşaq oyunu" adlandıraraq çoxlarını qəzəbləndirdi.[5]
II İoann Paul iddiaların araşdırılmasına göstəriş verdi və Krenn könüllü olaraq vəzifəsindən istefa verdi.[6][7]
2004-cü ildə kilsə rəhbərləri bir sıra avstriyalıların qalmaqal nəticəsində Katolik Kilsəsini tərk etdiklərini bəyan etdilər.[8]