Katolik kilsəsində cinsi təcavüz qalmaqalı (ing.Catholic Church sexual abuse cases, it.Casi di pedofilia all'interno della Chiesa cattolica, alm.Sexueller Missbrauch in der römisch-katholischen Kirche, fr.Abus sexuels sur mineurs dans l'Église catholique, nid.Seksueel misbruik binnen de Rooms-Katholieke Kerk) — 1990–2000-ci illərdə keşişlər, rahibələr və Roma-Katolik kilsəsinin dini ordenlərinin üzvləri arasında uşaqlara qarşı (3 yaşdan 11–14 yaşa qədər olan oğlan və qızların) bir sıra cinsi zorakılıq hallarının müəyyən edilməsi ilə bağlı yaranmış kilsə qalmaqalıdır.[1][2][3][4]
"The New York Times" qəzetinin araşdırmasına görə, rəsmi Vatikan nəinki azyaşlılarla baş verən hadisələrə səssiz qalıb və törədilən cinayətlər barədə hakimiyyət orqanlarına məlumat verməyib, həm də zorakılıqda şübhəli bilinən şəxslərlə bağlı daxili araşdırmalar aparmayıb. Öz növbəsində Katolik kilsəsi amerikalı jurnalistlərin ittihamlarını təkzib edib.
Tarixçi və din alimi (ing.John Philip Jenkins) qeyd edir ki, çoxsaylı araşdırmalar nəticəsində sübut olunub ki, katolik keşişlərinin təxminən 0,2%-i uşaqlara qarşı zorakılıq hallarında iştirak edir.[5]Arxiyepiskop (it.Silvano Maria Tomasi)nin sözlərinə görə, bu rəqəm 5%-ə çata bilər.[6]
Fransa Katolik Kilsəsində 1950-ci ildən bəri əksəriyyəti oğlanlar olmaqla 216 min uşağa cinsi təcavüz edilib. Təhqiqatın nəticələrinə görə, Fransada kilsələrdə təcavüzə məruz qalanların sayı 330 minə yüksələ bilər. Təcavüz törədənlər əsasən kilsələrin işçiləri və katolik məktəblərin müəllimləri olub.
İki il yarım davam edən bu təhqiqat zamanı minlərlə məhkəmə, kilsə və polis sənədləri öyrənilib, şahidlər dinlənilib. Fransa qanunlarına görə, zaman müddəti keçmiş çox köhnə işlər üzrə cinayət təqibi tətbiq olunmur. 2500 səhifəlik hesabatda deyilir ki, qurbanların əksəriyyəti 10–13 yaş arası oğlanlar olub.[9]
Almaniyada yayımlanan rəsmi hesabatda Regensburger şəhərindəki katolik kilsənin şagird xorunda yüzlərlə uşağın fiziki və cinsi təcavüzə məruz qaldığı iddiası irəli sürülüb. Hesabatda Regensburger Domspatzen adlı xorunun 547 üzvünün 60 il ərzində fiziki və cinsi təcavüzə məruz qaldıqları iddia edilib. Hesabatda xorda işləyənlər hadisələrə müdaxilə etməməkdə ittiham olunub. Katolik kilsənin 49 üzvü 1945 və 1990-cı illər arasında bu cinayəti törətməkdə şübhəli hesab olunurlar.[10]
ABŞ mətbuatı Pensilvaniya ştatında katolik keşişlərinin azyaşlı uşaqlara qarşı seksual zorakılığı barədə məruzə yayıb. 1300 səhifəlik sənəddə 1000-dən artıq uşağın 300-dən çox rahibin təcavüzünə məruz qaldığı göstərilib. Bunların içində zorlamadan tutmuş, aborta məcbur etmə, uşaq pornovideolarının hazırlanmasına qədər hər şey var.[11]
1950-ci illərdə, (nid.NRC Handelsblad — "NRK — ticarət qəzeti")nə görə, Katolik Kilsəsi pedofil keşişlər tərəfindən zorlanan ən azı 11 oğlan uşağını "homoseksuallıqdan sağaltmaq üçün" kastrasiya etmişdir. Qəzetin dərcindən sonra ölkə parlamenti hərtərəfli araşdırma aparmağa çağırıb. Yoxlama 1945-ci ildən bəri Niderland katolik təşkilatlarında minlərlə uşağın cinsi təcavüz faktlarını üzə çıxarıb.[12]
2000-ci ildə İrlandiyaKatolik kilsəsi 8 yaşından (1979) mütəmadi olaraq katolik keşiş tərəfindən zorlanan və onu bu barədə susmağa məcbur edilən qıza 12 min funt sterlinq ödəyib. "The Guardian" yazır ki, razılaşmanı yepiskop ing.Séamus Hegarty, onun sələfi yepiskop ing.Edward Kevin Daly və zərərçəkmişin özü bağlayıb. Bu xəbər yalnız 10 ildən sonra beynəlxalq qalmaqalla bağlı məlum olub.[14][15]
2009-cu ildə İrlandiyada dərc edilmiş hesabata əsasən 46 keşiş pedofiliyada ittiham olunurdu. Epizodlar 1975-ci ildən 2004-cü ilə qədər olan dövrü əhatə edirdi, oğlanlar qızlardan iki dəfə çox təcavüzə məruz qalırdı. Ümumilikdə bu müddət ərzində İrlandiyada 2000-ə qədər uşağın kilsə pedofillərinin qurbanı olması mümkündür. İstintaqın məlumatına görə, arxiyepiskoplar Con Çarlz Makkueyd, Dermot Rayan, Kevin Mak-Namara və kardinal Desmond Konnell azyaşlıların cinsi istismar hallarını bilsələr də, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. İstintaq öz hesabatında qeyd edib ki, "kilsə öz nüfuzunu uşaqların müdafiəsindən üstün tutub. Dövlət isə əslində keşişlərin qanunsuz hərəkətlərini ört-basdır edib". Qalmaqal kardinal Şon Bredinin etirafı ilə daha da kəskinləşdi. 1975-ci ildə Brendan Smitin əməlləri ilə bağlı kilsədaxili araşdırma zamanı, Bredi iki zərərçəkmişlə (10 və 14 yaşlı oğlanlar) görüşdə sübut toplayan zaman "mümkün sövdələşmədən qaçmaq" üçün onları cinsi təcavüzün təfərrüatlarını açıqlamamağa söz verdikləri barədə yazılı and verməyə inandırıb. Kardinal Bredi etdiyi hərəkətə görə səmimi qəlbdən üzr istəyib və qeyd edib ki, "keçmişin ağrılı epizodundan" utanc hissi keçirir.[16][17][18] Papa XVI Benedikt qalmaqalı etiraf edib və qurbanlardan üzr istəyib.[19]
2012-ci ilin martında 87 qıza qarşı cinsi təcavüzdə ittiham olunan irlandiyalı rahibəyə qarşı məhkəmə prosesi başladı.[4]
↑Lattin, Don. "$30 Million Awarded Men Molested by `Family Priest' / 3 bishops accused of Stockton coverup". San Francisco Chronicle. 17.07.1998. 2020-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16. Attorney Jeff Anderson said the Howard brothers were repeatedly molested between 1978 and 1991, from age 3 to 13. Reverend Oliver O'Grady later confessed to the abuse of many other children and the documentary Deliver Us from Evil was made about his story and the cover-up by Diocesan officials.
↑"By the thirteenth century in the West, abandonment via oblation, or the giving of young children to monasteries for sexual and other uses, was ended". — Lloyd deMause. The History of Child Abuse // The Journal of Psychohistory. № 25 (3). 1998. 2011-10-31 tarixində arxivləşdirilib.
Acklin T. Unchanging Heart of the Priesthood. — Emmaus Road Publishing, 2006. — 180 p.
Allen-Jr. J. L. All the Pope's Men: The Inside Story of How the Vatican Really Thinks. — Crown Publishing Group (англ.)рус., 2007. — 400 p.
Berry J. Lead Us Not Into Temptation: Catholic Priests and the Sexual Abuse of Children. — University of Illinois Press, 1992. — 407 p. — ISBN 0-252-06812-2.
Berry J. Renner G. Vows of Silence: The Abuse of Power in the Papacy of John Paul II. — Free Press, 2004. — ISBN 0-7432-4441-9.
Bruni F. Burkett E. (англ.)рус.. A Gospel of Shame: Children, Sexual Abuse, and the Catholic Church. — HarperCollins, 2002. — 336 p.
Bullis R. Sacred Calling, Secular Accountability: Law and Ethics in Complementary and Spiritual Counseling. — Routledge, 2013. — 240 p.
Cafardi N. P. Before Dallas: The U.S. Bishops' Response to Clergy Sexual Abuse of Children. — Paulist Press, 2008. — 255 p.
Caemmerer A. Letters to the Editor That Were Never Published: (And Some Other Stuff). — Trafford Publishing, 2011. — 228 p.
Ciment J. Social Issues in America: An Encyclopedia. — Routledge, 2015. — 2055 p.
Clergy Sexual Abuse: Social Science Perspectives / Eds. Claire M. Renzetti, Sandra Yocum. — Lebanon: University Press of New England (англ.)рус., 2013. — 188 p.
Cornwell J. The Dark Box: A Secret History of Confession. — Profile Books, 2014. — 359 p.
D'Antonio M. Mortal Sins: Sex, Crime, and the Era of Catholic Scandal. — Macmillan, 2013. — 416 p.
Dokecki P. R. The Clergy Sexual Abuse Crisis: Reform and Renewal in the Catholic Community. — Washington: Georgetown University Press (англ.)рус., 2010. — 289 p.
Doyle T. P., Sipe A. W. R, Wall P. J. Sex, Priests, and Secret Codes: The Catholic Church's 2000-year Paper Trail of Sexual Abuse. — Volt Press, 2006. — 388 p.
Erlandson G., Bunson M. Pope Benedict XVI and the Sexual Abuse Crisis: Working for Reform and Renewal. — Our Sunday Visitor, 2010. — 208 p. — ISBN 1592768067.
Flisk L.-H. W. Father, Deliver Us from Evil. — Xulon Press (англ.)рус., 2004. — 108 p. — ISBN 1-594-676-39-9.
Formicola J. R. Clerical Sexual Abuse: How the Crisis Changed U. S. Catholic Church-State Relations. — Palgrave Macmillan, 2014. — 288 p.
Frawley-O'Dea M. G., Goldner V. Predatory Priests, Silenced Victims: The Sexual Abuse Crisis and the Catholic Church. — Taylor & Francis, 2007. — 259 p.
Gilbert J. Breach of Faith, Breach of Trust: The Story of Lou Ann Soontiens, Father Charles Sylvestre, and Sexual Abuse Within the Catholic Church. — iUniverse (англ.)рус., 2010. — 132 p.
Gillion C., Grace D. Reckoning: The Catholic Church and child sexual abuse. — ATF Press, 2014. — 168 p.
Gautier M. L., Perl P. M., Fichter S. J. Same Call, Different Men: The Evolution of the Priesthood since Vatican II. — Liturgical Press, 2012. — 256 p.
Hanson R. K., Pfäfflin F., Lütz M. Sexual abuse in the Catholic Church: scientific and legal perspectives : Proceedings of the conference "Abuse of children and young people by Catholic priests and religious" : Vatican City, April 2–5, 2003. — Libreria Editrice Vaticana (англ.)рус., 2004. — 223 p.
Hidalgo M. L. Sexual Abuse and the Culture of Catholicism: How Priests and Nuns Become Perpetrators. — Routledge, 2012. — 164 p.
Hilgenkamp K., Harper J., Boskey E. The Truth about Rape / Eds. Robert N. Golden, Fred L. Peterson. — Infobase Publishing (англ.)рус., 2010. — 191 p.
Ivereigh A. Griffin K. Catholic Voices. — Darton Longman and Todd, 2010. — ISBN 978-0-232-52863-3.
Jenkins P. Pedophiles and Priests: Anatomy of a Contemporary Crisis. — N. Y.: Oxford University Press, 2001. — 224 p. — ISBN 0-19-514597-6.
Keenan M. Child Sexual Abuse and the Catholic Church: Gender, Power, and Organizational Culture. — N. Y.: Oxford University Press, 2011. — 355 p.
Kurst-Swanger K. Worship and Sin: An Exploration of Religion-related Crime in the United States. — Peter Lang, 2008. — 276 p.
Loftus J. A. Sexuality in Priesthood: Noli me tangere // Bless Me Father for I Have Sinned: Perspectives on Sexual Abuse Committed by Roman Catholic Priests / Thomas G. Plante. — Greenwood Publishing Group, 1999. — P. 7–20. — 184 p.
Lytton T. D. Holding Bishops Accountable. — Harvard University Press, 2008. — 304 p.
McGlone G. J., Sperry L. The Inner Life of Priests. — Liturgical Press, 2012. — 190 p.
Mercado C. C., Terry K., Perillo A. D. Chapter 28. Sexual Abuse in the Catholic Church and Other Yorth-Serving Organizations // International Perspectives on the Assessment and Treatment of Sexual Offenders: Theory, Practice and Research / Eds. Dr Reinhard Eher, Dr Leam A. Craig, Dr Michael H. Miner, Dr Friedemann Pfäfflin. — John Wiley & Sons, 2011. — 752 p.
Newman D. M. Sociology: Exploring the Architecture of Everyday Life. — Pine Forge Press, 2008. — 547 p.
O'Reilly J. T., Chalmers M. S. P. The Clergy Sex Abuse Crisis and the Legal Responses. — N. Y.: Oxford University Press, 2014. — 472 p.
Payne B. K. White-Collar Crime: The Essentials: The Essentials. — SAGE, 2012. — 453 p.
Pierre-Jr. D. F. Double Standard: Abuse Scandals and the Attack on the Catholic Church. — eBookIt.com, 2010. — 166 p. — ISBN 978–1453730690.
Pierre-Jr. D. F. Catholic Priests Falsely Accused: The Facts, the Fraud, the Stories. — eBookIt.com, 2013. — 169 p.
Plante T. G. Introduction: What Do We Know About Roman Catholic Priests Who Sexually Abuse Minors? // Bless Me Father for I Have Sinned: Perspectives on Sexual Abuse Committed by Roman Catholic Priests / Thomas G. Plante. — Greenwood Publishing Group, 1999. — P. 1–6. — 184 p.
Plante T. G. Sin Against the Innocents: Sexual Abuse by Priests and the Role of the Catholic Church. — Praeger, 2004. — 226 p.
Plante T. G. McChesney K. L. Sexual Abuse in the Catholic Church: A Decade of Crisis, 2002–2012. — ABC-CLIO, 2011. — 270 p.
Ranan D. Double Cross: The Code of the Catholic Church. — Theo Press Ltd, 2007. — 436 p. — ISBN 978-0-9554133-0-8.
Ridge M., Cunningham G. Breaking the Silence: One Man's Quest to Find the Truth About One of the Most Horrific Series of Sex Abuse Cases in Ireland. — Gill & Macmillan Ltd, 2008. — 230 p.
Robinson G., Cozzens D. Confronting Power and Sex in the Catholic Church: Reclaiming the Spirit of Jesus. — Liturgical Press, 2008. — 307 p.
Rossetti S. J., A Tragic Grace: The Catholic Church and Child Sexual Abuse. — Liturgical Press, 1996. — 126 p.
Scorer R. Betrayed: The English Catholic Church and the Sex Abuse Crisis. — Biteback Publishing, 2014. — 352 p.
Shupe A. D., Stacey W. A., Darnell S. E. Bad Pastors: Clergy Misconduct in Modern America. — New York University Press, 2000. — 256 p.
Shupe A. D. Spoils of the Kingdom: Clergy Misconduct and Religious Community. — University of Illinois Press, 2007. — 184 p.
Sipe A. W. R. Sex, Priests, and Power: Anatomy of a Crisis. — Psychology Press, 1995. — 220 p.
Yamane D. The Catholic Church in State Politics: Negotiating Prophetic Demands and Political Realities. — Rowman & Littlefield, 2005. — 189 p.