Avtomat tüfəng

M16 və AKMS avtomat tüfənglər.

Avtomat tüfəng və ya avtomat silahodlu silah. Atəş açılarkən əmələ gələn barıt qazı enerjisindən nəinki gülləyə (mərmiyə) hərəkət vermək, həmçinin silahı yenidən doldurmaq və atəş açmaq üçün istifadə olunur.

Amerikalı Requlus Pilon 1863-cü ildə ilk avtomat tüfəng quraşdırmışdır. Rusiyada ilk avtomat tüfəngi layihəsini 1887-c ildə D. A. Rudnitski vermişdir.[1]

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Avtomat silah həm fasiləsiz, həm də tək-tək atəş açır. Yalnız yenidən doldurma əməliyyatı avtomatlaşdırılmış silah yarımavtomat və ya özüdolan avtomat silah adlanır. Avtomat silahın yüksək sürətlə atəş açması tez hərəkət edən hədəfi vurmağa və yüksək atış sıxlığı yaratmağa imkan verir. Patronlar avtomat silaha patronla dolu xüsusi mağazadan (tapança, avtomat, tüfəng, karabin, əl pulemyotu, ortakalibrli avtomat toplarda) və ya elastik metaldan hazırlanmış lent (qundaqlı pulemyot, irikalibrli pulemyot, kiçikkalibrli avtomat toplarda) vasitəsilə verilir. Avtomat tapança, tapança-pulemyot, avtomat və özüdolan tüfənglər, əl pulemyotu, irikalibrli (12,7–15 mm) pulemyot və avtomat top (kalibri 20 mm və daha artıq olan) avtomat silahlardır.[1]

StG 44 Almaniya istehsalı olan ikinci nəsil avtomatik tüfəngdir.

Müasir avtomat silah aşağıdakı növlərə bölünür:

  • Avtomatik rejimli lülə təpməsindən istifadəyə əsaslanan silahlar sistemi. Bu qrup silahlarda lülə mütəhərrikdir və sürgü ilə birgə quraşdırılır. Lülə və sürgünün təpmə təsiri ilə geri hərəkəti, yayın təsiri ilə irəli hərəkəti nəticəsində boş giliz kənara atılır, növbəti patron patronqabına daxil olur və sürgü bağlanır. Bu qrup silahlarda lülə uzun (məsələn, Şoşa tipli fransız əl pulemyotu) və qısa (məsələn, TT tapançasıMaksim əl pulemyotu) gedişli olur.[1]
  • Avtomatik rejimli sürgü təpməsindən istifadəyə əsaslanan silahlar sistemi. Bu qrup silahlarda lülə tərpənməzdir. Sürgünün atəşaçma anında vəziyyəti iki cürdür: birinci halda lülə ilə bağlılıq olmur (sərbəst sürgü; məsələn, Deqtyaryov tapança-pulemyotun 1940-cı il nümunəsi və Şpagin tapança-pulemyotun 1941-ci il nümunəsi), ikinci halda sürgü lülə ilə elə ilişmədə olur ki, barıt qazlarıın gili dibinə təzyiqinin təsiri altında açıla bilir (yarımsərbəst sürgü; məsələn, Tompson tapança-pulemyotun 1928-ci il nümunəsi).[1]
  • Avtomatik rejimli barıt qazlarının xüsusi kameraya toplanmasından istifadəyə əsaslanan silahlar sistemi. Güllə çıxan kimi barıt qazı lülədəki qaz çıxışı dəliyindən lülənin, adəətn qabaq hissəsində yerləşən qaz kamerasına dolur. Bu kamerada yerləşdirilmiş mütəhərrik porşen ya sürgü çərçivəsinin ştoku ilə (məsələn, Kalaşnikov avtomatı), yaxud sürgü saplağı ilə (məsələn, Şpitalnı və Vladimirovun irikalibrli pulemyotu) birləşdirilir. Ştok sürgü (yaxud sürgü saplağı) ilə birlikdə barıt qazının təsiri altında geri çəkilməklə sürgünü açır və giliz atılır. Mütəhərrik hissələrin əks-hərəkəti və doldurma yayın təsiri ilə olur. Bu qrup silahların avtomatikasının üstün cəhətlərindən müasir avtomat silah nümunələrində geniş istifadə olunur. Avtomat silahda atəşin yüksək rejimi onun tez qızmasına səbəb olur. Müasir avtomat silahlarda, əsasən, hava ilə soyutma sistemindən istifadə edilir.[1]
  1. 1 2 3 4 5 Автомат силаһ // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 70–71.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Жук А. Б. Стрелковое оружие. М.: Военное издательство, 1992.
  • Самое современное оружие и боевая техника/ Л. Е. Сытин.— Москва: Издательство АСТ.2017. — 656 с. ISBN 978-5-17-090382-5
  • Бахирев В. В., Кириллов И. И. Конструктор В. А. Дегтярев: За строками биографии. — М.: Воениздат, 1979. — С. 21–22 — 192 с. — (Люди науки).