M16 (Rəsmi adı: Rifle, Caliber 5.56 mm, M16) — ABŞ istehsalı olan, avtomat rejimli döyüş silahı. AR-10 tüfəngi bazasında 1960-cı ildə yaradılmışdır.
M16 | |
---|---|
| |
Tipi | Avtomat |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1961-Davam edir |
İstismara başlanması | 1962 |
İstifadə edilən döyüşlər | Vyetnam müharibəsindən sonra ABŞ-nin iştirak etdiyi bütün müharibələrdə |
İstehsal tarixçəsi | |
Konstruktor |
Yucin Strouner, Robert Fremont Ceyms Sallivan |
Konstruksiya tarixi | 1960 |
İstehsalçı |
Colt’s Patent Firearms Manufacturing Company GMC Hidramatic Div Harrington & Richardson |
Variantları | M16A1, M16A2, M16A3/A4, M4, CAR-15 |
Xüsusiyyətləri | |
Ağırlığı | 2,88 kq (boş sandıqla) |
Uzunluğu | 986 mm (taxta qundaqla) |
Kalibr | 5,56 |
Mərminin başlanğıc sürəti | 700-900/dəqiqə (M16A2), 700-950/dəqiqə (M16A4) |
Nişangah | Dioptrik |
Vikianbarda əlaqəli mediafayllar |
M16 AK-47 kimi dünyada ən çox yayılmış döyüş silahlarından biridir. 8 milyon ədəd istehsal olunmuşdur. ABŞ Quru Qoşunlarının əsas silahıdır.
ABŞ Müdafiə Nazirliyinin 1940–1950-ci illərdə keçirdiyi yoxlamadan sonra qərar qəbul edildi ki, Silahlı qüvvələr 7,62 mm kalibrli silahdan 5,56 mm kalibrli silaha keçsinlər. AR-10 tüfənginin bazasında yeni silahın yaradılmasına Armalite Division of the Fairchild Aircraft Corp şirkəti başlayır. 1959-cu ildə bu şirkət AR-15 silahının istehsal hüququnu Colt’s Patent Firearms Manufacturing Company şirkətinə satır. Şirkət yeni silahı Hindistan və Malayziyaya satmağı planlaşdıraraq konstruksiya işlərinə başlayır.
1961-ci ildə ABŞ 8500 ədəd AR-15 silahını alır və yoxlamaq üçün Vyetnamdakı Hərbi Desant Qüvvələrini bu silahla silahlandırır. Yoxlama uğurla bitdikdən sonra 1962-ci ilin may ayında ABŞ daha 20000 ədəd AR-15 alır və onları artıq Hərbi Hava Qüvvələrinə və SEAL hərbi bölməsinin istifadəsinə verir. 1963-cü ildə Colt şirkəti ilə 104000 silahın alınması üçün müqavilə imzalanır.
1964-cü ildə M16 avtomatik tüfəngi M14 avtomatlarını əvəz edərək rəsmi şəkildə ABŞ Silahlı Qüvvələrinin istifadəsinə verilir. 1966-cı ildə M16 ilə ABŞ-nin Vyetnamdakı bütün hərbi bölmələri silahlanır. 28 fevral 1967-ci ildə Silahlanmaya M16-nın inkişaf etdirilmiş variantı olan M16A1 qəbul olunur.
1968-ci ildə ABŞ-də ARSAP proqramı qəbul olunur. Proqrama əsasən bir sıra yeni prespektivli silahlar yaranmalı idi. Buna uyğun olaraq "Colt" şirkəti silahların bir sıra yeni variantlarını yaradır.
M16 ilk dəfə İndoneziya-Malayziya konfliktində Britaniya ordsunun xüsusi bölmələri tərəfindən istifadə olunurdu, amma bu silah məşhurluğu Vyetnam müharibəsində qazandı. M16-nı ABŞ və Cənubi Vyetnam hərbi bölmələri istifadə edirdi.
| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} (Xüsusi təyinatlılar)