Avtomen (Korinf çarı)

Avtomen (q.yun. Αὐτομένης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Telestin davamçısıdır.[1][2]

Avtomen
Cinsi kişi[d]

Antik müəllif Pavsani bildirir ki, on iki il hakimiyyətdə olmuş Korinf çarı Telest öz qohumları Aris və Perant tərəfindən öldürülmüşdür. Bundan sonra artıq hakimiyyətdə monarxlar olmamış, burada aristokratik hökumət qurulmuşdur.[3] Buna baxmayaraq, digər antik müəlliflər hakimiyyətin yalnız onun varisi, sadəcə bir il hakimiyyətdə olmuş Avtomendən sonra dəyişdiyini bildirirlər.[4][5][6]

  1. Hieronymus, Chronicon, 143-146.
  2. Diodoros, Bibliotheca historia, 7, frag. 9.
  3. Pausanias, Periégésis tés Hellados, 2,4,4.
  4. Eusebios, Kronika 2,221.
  5. Hieronymus, Chronicon, 146-147.
  6. Diodoros, Bibliotheca historia, 7, frag. 9.