Telest (q.yun. Τελέστης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aristomedin oğlu və davamçısıdır.[1][2]
Telest | |
---|---|
Cinsi | kişi[d] |
Atası | Aristomed |
Korinf çarı Telest Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş,[3] Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.[4]
Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telest hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi.[5] Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.[6][7]
Antik müəllif Yevsevi bildirir ki, Aleksandr iyirmi beş il hakimiyyətdə olduqdan sonra Telest tərəfindən öldürülmüşdür. Telest özü on iki il hakimiyyətdə olmuşdur.[8] Pavsaninin məlumatına görə, Telest öz qohumları Aris və Perant tərəfindən öldürülmüşdür. Bundan sonra artıq hakimiyyətdə monarxlar olmamış, burada aristokratik hökumət qurulmuşdur.[9] Buna baxmayaraq, digər antik müəlliflər hakimiyyətin yalnız onun varisi Avtomendən sonra dəyişdiyini bildirirlər.[10][8][11]