Axçu dərəsi

Axçu — Qavqazda çay dərəsi. Dərə Krasnodar diyarının Adler rayonu ərazisindədir. Soçi şəhəri yaxınlığındadır.

Axçu dərəsi
rus. Ахцу́
Yerləşməsi
43°36′15″ şm. e. 40°02′16″ ş. u.HGYO
Ölkə  Rusiya
Axçu dərəsi xəritədə
Axçu dərəsi
Axçu dərəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dərə adı ilə bağlı bir neçə versiya mövcuddur: abxaz dilində Аахыц — "cənub yamacı" və ya abxazca Ахуаца — "dağ yeriг" deməkdir. Başqa bir fikirə görə söz "diş" — şiş qaya, zirvə mənasındadır. Abazin dilində isə Axçu "ildırımın vurduğu yer" mənasını verir.

20 milyon il əvvəl əhəng daşlı süxurların tektonik qalxması başlamış və bu proses indid də davam edir.[1] Axçu silsiləsi qalxdıqca Mzımte çayının qarşısını almağa başlamışdır. Nəticədə çay silsilədən əlavə dərə-yol açmışdır. Yolun 34 km-lik hissəsində dərənin ən dar hissəsi mövcuddur. Əsas massivdən çatla ayrılmış nəhəng qayalar dərə boyu uzanır. Bu ərazidə 1968-ci ilin 13 yanvarında böyük uçqun baş vermişdir. Uçqun çayın qarşısını kəsərək gölün yaranmasına səbəb olmuşdur. Gölün dərinliyi 18 metr olmuşdur. 5–7 il sonra çay tədricən bəndi yumuş və göl itmişdir[2].

Dərə Mzımta çay vadisi ilə Axçu çay dərəsinin müəyyən bir hissəsini əhatə edir. Adlerdən Krasnaya Polyanaya doğru hərəkət etsək, dərənin girişi Monastyr kəndinin yaxınlığında yerləşir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dərəni əmələ gətirən əhəng daş süxurlarını qalınlığı min metrdən çox olub yuxarı yura dövrü yaşlıdır. Dərənin uzunluğu 3 km, ən dərin yerin dərinliyi 800 metrdir. Eni təxminən 20–30 metrdir. Bu Qafqaz dağlarını kəsən ən dərin dərələrdən biridir. Torpaq örtüyü rifogen əhəng daşlı mənşəlidir. Qara dəniz qızılbalığı kürülədikdən sonra digər qızılbalıqlardan fərqli olaraq ölmür. Onlar bir neçə il çaya gələ bilirlər. Kürüdən çıxan cavan balıqlar həyatının ikinci ilində dənizə qayıdırlar.

Dərə üzərində əsasən enliyarpaqlı və qarışıq meşələr üstünlük təşkil edir. Əsas olaraq fıstıq və şam meşələri geniş yayılıb. Meşələr yetərincə sıxdır və rütubətlik yüksəkdir.

Mzımtı çayının dərə ərazisində qızılbalıqları kürüləmə yeridir. Qara dəniz qızılbalığının uzunluğu 110 sm və çəkisi 25 kq olur. Balıqlar çaya mart-may aylarında daxil olur. Kürüləmə isə oktyabrın ortalarında baş verir. Dişi qızılbalıq kürü qoyur. Bunu xüsusi yuvalarda yerləşdirir.

  1. "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  2. "Запрудные озера". 2019-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.