Axmaxi kurqanları

Axmaxi kurqanlarıAzərbaycan Respublikasının Ağdərə rayonu ərazisində Xaçınçayın sahilində Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidə.[1].

Araçadzor və Ballıqaya arasında yerləşən Axmaxi kurqanları kiçik həcmli olması ilə fərqlənir. Onların kurqanaltı qəbirləri daş qutularla təmsil olunmuşdur. Axmaxidəki 1 №-li kurqanda dörd skelet aşkar olunmuşdur. Onların biri uzanmış, üçü isə oturmuş vəziyyətdə olmuşdur. Axmaxidəki 3 №-li kurqanın qəbir kamerasında 9 insan skeleti aşkar olunmuşdur. Onların biri uzadılmış, səkkizi isə oturmuş vəziyyətdə olmuşdur. Oturmuş vəziyyətdə aşkar olunmuş skeletlərdə zorla öldürmə əlamətlərinə rast gəlinmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 212. ISBN 978-9952-441-02-4.