Axtı qalası

Axtı qalası (ləzg. Ахцегь-Къеле, ахт. диал. Ахцагь-Къала) — Dağıstanda, Axtı rayonunun Axtı kəndində 1839-cu ildə general E.A.Qolovin tərəfindən tikilmiş rus qalası. Federal əhəmiyyətli tarix və memarlıq abidəsi. Rusiyanın ən cənub qalası.

Axtı qalası
Qalanın əsas girişi
Qalanın əsas girişi
Xəritə
41°28′07″ şm. e. 47°44′30″ ş. u.HGYO
Ölkə Rusiya Rusiya
Yerləşir Dağıstan Axtı rayonu, Axtı kəndi
Aidiyyatı Rusiya imperiyası
Sifarişçi Yevgeni Qolovin
Tikilmə tarixi 1839
Material kirəc daşı
Vəziyyəti fəaliyyət göstərmir
TipiMədəni
DövlətRusiya
RegionAvropa
KateqoriyaQala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Axtı qalası aşağıdakı hissələrdən ibarətdir:

  • Qala divarları
  • Əsgər kazarması
  • Pravoslav Kilsəsi
  • Barıt anbarı

Qala beşbucaqlı formaya malikdir, burçların künclərində bastionlar mövcuddur. Əvvəllər burada hündürlüyü 4,57 metr, qalınlığı 1,06 metr olan daş divarlı xəndək var idi. Divarların üzərləri müdafiə kazarmalarından ibarət idi. Düşmənin qalaya yaxınlaşması anında onları atəşə tutmaq üçün burda piyada mövqeləri qurulmuşdu. Qala 11 top və 6 Kaqorna qumbaraatanla silahlanmışdı. Qalanın taktiki mövqeyi relyef xüsusiyyətlərinə görə istehkamların yaxınlığında ərazinin zəif qorunması səbəbindən sərfəli deyildi.[1]

İnşa səbəbləri

[redaktə | mənbəni redaktə et]
Əsgər kazarmaları

1837-ci ildə Quba üsyanının rus qoşunları tərəfindən yatırılmasından sonra general Yevgeni Qolovinin dəstələri qeyri-sabit Samur çayı vadisində yürüşə çıxdı. Əslində qoşunlar irəlilədikcə, yolboyu ərazilər Rusiya hakimiyyətinə tabe edilirdi. Qolovinin Samur kampaniyasının nəticəsi Altıparinski, Dokuzparinski və Axtyparinski azad camaatlıqlarının, həmçinin Rutul mahalının fəthi oldu.

İşğal olunmuş ərazilərdə mövqeləri möhkəmləndirmək üçün mərkəzi Axtıda olmaqla Samur rayonu yaradıldı. Rayon inzibati cəhətdən Rusiya imperiyasının Quba əyalətinin tərkibində idi. Qırx gün ərzində Axtada qala salındı ​​və bu qala rus administrasiyasının Samur vadisində dayaq bazasına çevrildi. Qala həm də Samur qəzasının başçısının iqamətgahı oldu. Axtı qalası Axtıçayın sağ sahilində, mənsəbində, Samur çayının sağ sahilində yerləşir. Qala iki tərəfdən iki çayla əhatə olunub.

Hal-hazırda qala federal əhəmiyyətli tarixi və memarlıq abidəsidir. Coğrafi cəhətdən Axtı qalası Rusiyanın ən cənub qalasıdır.

Müasir dövrdə

[redaktə | mənbəni redaktə et]
Qalanın əsas girişində onun əsasının qoyulması barədə kitabə
Axtı qalasının maketi

Oktyabr inqilabından sonra qala öz fəaliyyətini dayandırdı. Sonralar burada şərab zavodu və şlak blok istehsalının əsası qoyuldu. Sovet dövrünün ilk 20 ilində qala həbsxana, Böyük Vətən müharibəsindən sonra isə uşaq evi oldu. 1970-ci illərdə yerli kolxozçular qala kazarmalarında səki plitələrinin və saat mexanizmləri üçün oyuncaqlar üçün mexanizmlərin istehsalına başladılar.

Daha sonra burada 200 nəfərin çalışdığı Dərbənd müdafiə zavodunun "Elektrosiqnal" filialı açıldı. 1990-cı illərdə istehsal dayandı. Hazırda qala ictimaiyyət üçün bağlıdır, lakin rejimə riayət olunmasına nəzarət yoxdur, ona görə də qala əslində hamı üçün əlçatandır. Dövlət himayəsində olmasına baxmayaraq, ona heç bir qayğı göstərilmir. Qalanın bir çox obyektləri qəzalı vəziyyətdədir, obyektin ərazisində inəklər otlayır.

2017–2018-ci illərdə respublika höküməti qalanın bərpası üçün 27,3 milyon rubl xərcləyərək "Axtı qalası" tarixi-mədəni kompleksi yaratmağı planlaşdırırdı. Amma təəssüfki bu plan elə kağız üzərində də qaldı.[2]

  1. ["Описание осады укрепления Ахты в 1848 г." Санкт-Петербург, 1850.]
  2. "Вернут бренд — Односельчане.ру". 2014-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]