Axtırka (ukr. Охтирка) - Ukraynanın Sumı vilayətində şəhərdir.
Axtırka | |
---|---|
Охтирка | |
50°18′26″ şm. e. 34°54′05″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1641, 1646[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 110 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 42700 |
Nəqliyyat kodu | BM, НМ / 19 |
Digər | |
okhtyrkamr.gov.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin tarixi ilə bağlı onu demək mümkündür ki, məntəqə haqqında ilk məlumat VIII əsrdə "türk yurdu" kimi verilir. Qala qıvrıla-qıvrıla axan Ak Tura çayının bir həlqə kimi qıvrıldığı yerdə salındığından onun mövqeyi çox əlverişli sayılırdı və ətrafdakı göllər onun müdafiə qüdrətini artırırdı. 1641-ci ildən Osmanlı dövlətindən Reç Pospolitaya, 1647-ci ildə isə ruslara keçmişdir. 1707-ci ildə I Pyotr bu diyarın hərbi vəziyyətini öyrənmək üçün Ak Turada olmuşdur. Kırımıın türk yer adları içərisində də Ak Tura (indiki adı Yemelyanovka) adlı yaşayış məntəqəsi adı olmuşdur. Kuban diyarında (indiki Krasnodar vilayəti) eyniadlı qəsəbə vardır.[3] Ak Tura öz adının mənaca izahına görə çox şəffaf bir toponimdir. Türk dillərində Ak Tura "Ağ qala" mənasına müvafiq gəlir. Sibirin türk yer adlarını araşdıran Valeev tarixçi Millerə əsaslanaraq tura sözünün türk dillərində "möhkəmləndirilmiş yaşayış məntəqəsi, "qala" mənasını göstərir.[4] Rusiyanın hərb tarixində, ədəbi-bədii əsərlərdə tez-tez rastlanan şanşöhrətli alaylar içərisində Axtır alayı tarixdə bu türk adını yaşatmaqdadır. Moskvaaltı ərazilərin türk adları içərisində də bu ada rast gəlinir: Moskva ətrafı yüksək təbəqəyə mənsub olan malikanələr içərisində məşhur Abramçevodan azca aralıda yerləşən Axtırka kəndi məşhur boyar soyu olan Trubetskoylara məxsus olmuşdur. Trubetskoylar bu adı vaxtilə Rus-Türk müharibələrindən, daha doğrusu, Ak Tura döyüşlərindən bir xatirə olaraq gətirmiş, ata mülklərinə onun adını vermişlər. Axtırka adlanan malikanə fövqəladə dərəcədə gözəlliklər qoynunda yerləşirdi. Onun qarşısındakı gölməçə o qədər şairanə və ilhamverici idi ki, rəssam Vasnetsov özünün məşhur "Alyonuşka" rəsmini - gölcük kənarındakı sıx qamışlıq arasında, xəlvəti bir guşədəki o hüznlü qızı burada çəkmişdi.[5]
Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009