Ayşə Keşir


Ayşə Keşir
Ayşe Keşir
Doğum tarixi 1967
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi
Partiyası


Ayşə Keşir (26 dekabr 1967, Düzcə) – türkiyəli siyasətçi və Ədalət və İnkişaf Partiyasından (AK Partiya) millət vəkili. 2015-ci il iyun, noyabr, 2018-ci il və 2023-cü il Türkiyə keçirilmiş ümumi seçkilərdə AK Partiya Düzcə millət vəkili olaraq parlamentə daxil olan A.Keşir, siyasətə girməzdən əvvəl müxtəlif qeyri-hökumət təşkilatlarında yoxsulluq, ailə, qadın, gənclər və Türk Cümmhuriyyətlərində çalışıb.

Erkən həyat və karyera[redaktə | mənbəni redaktə et]

Ayşə Keşir 26 dekabr 1967-ci ildə Bilal bəy və Əminə xanımın övladı olaraq Türkiyənin Düzcə şəhərində doğulub. İbtidai təhsilini Büyük Reşitpaşa ibtidai məktəbində, orta təhsilini isə Zeytinburnu İmam Hatip liseyində tamamladıqdan sonra 1989 -cu ildə İstanbul Universiteti Mətbuat və Nəşriyyat Məktəbinin Jurnalistika və İctimaiyyətlə Əlaqələr fakültəsindən məzun olub. Magistr təhsilini isə Yıldırım Beyazıt Universiteti Sosial Elmlər İnstitutunun Sosial Siyasətlər Bölməsində alıb. 1985-ci ildən etibarən müxtəlif qeyri-hökumət təşkilatları daxilində sosial siyasətin inkişafı, ailənin gücləndirilməsi, əngəlilər, qadınlar, uşaqlar ilə yoxsulluq təhsili, səhiyyə ilə bağlı sahələrdə çalışıb. Həmçinin müxtəlif qəzet, jurnal və internet saytlarında onun məqalələri və köşə yazıları dərc olunub. O, uzun illər özəl televiziya kanallarında senarist və proqramçı kimi çalışıb. Hazırda ərəb, ingilis və osmanlı türkcəsini orta səviyyədə bilən A.Keşir Feridun Keşir ilə evlidir və bu evlilikdən üç övladı var.

Siyasi karyerası[redaktə | mənbəni redaktə et]

A.Keşir 2001-ci ildə AĞ Partiya İstanbul İl Qadın Qolunun Qurucu İdarə Heyətinin üzvü olub. O, 2002-ci il Türkiyə ümumi seçkilərində İstanbul 3-cü region SKM Mətbuat Araşdırma və Tədqiqat Birliyinin müdiri vəzifəsində çalışıb. 8 may 2005-ci ildə Birinci Qurultaydan sonra MKYK və Baş Qərargahın Qadın Qollarının Sosial İşlər müdiri vəzifəsinə təyin edilib. 2009-cu ildə Türkiyə yerli seçkilərdə Ankaranın Altındağ şəhərindən millət vəkili seçilib və eyni zamanda Böyükşəhər millət vəkili olub. “Gönül Elçileri Projesi”, “Otizm Eylem Planı”, “Aile Olmak” kimi bir çox layihə və fəaliyyət planının planlaşdırılması və həyata keçirilməsi işini icra edib.

Millət vəkilliyi dövrü[redaktə | mənbəni redaktə et]

A.Keşir 2015-ci ilin iyununda Türkiyədə keçirilən ümumi seçkilərdə heç bir partiyanın tək başına iqtidara gəlmək üçün lazım olan mandat sayına çata bilmədiyi zaman AĞ Partiya Düzce millət vəkili olaraq parlamentə daxil olub. 2015-ci ilin noyabrında isə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya Düzce millət vəkili olaraq yenidən parlamentə daxil olub. AK Partiya Təbliğat və Media üzrə sədr müavini vəzifəsini icra edən Ayşə, Qadın, Kişi Bərabər İmkanlar Komissiyasının üzvü, Ailə bütüvlüyünün qorunması üzrə Araşdırma Komissiyasının sədri, Plan və Büdcə Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2018 və 2023-cü illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiyasından təkrar Düzce millət vəkili seçilib. 8 mart 2021-ci ildə keçirilən AK Partiyanın 6-cı Adi Qadın Qolları konqresində ümumi mərkəz Qadın Qolları başçısı seçilib.


İstinadlar[redaktə | mənbəni redaktə et]