Ayaqquyruqlular

Ayaqquyruqlular (lat. Collembola) — heyvanlar aləminin buğumayaqlılar tipinin gizliçənəlilər sinfinə aid heyvan dəstəsi.

Ayaqquyruqlular
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Dəstə:
Ayaqquyruqlular
Beynəlxalq elmi adı

Bəzi xarakterik nümayəndələri su səthində (lat. Podura aquatica), otluqda (lat. Sminthuridae), qarlı dağlarda (lat. Entomobrya nivalis) yaşayır.

  • Entomobryomorpha fəsiləüstü
  • Poduromorpha fəsiləüstü
  • Symphypleona fəsiləüstü
  • Neelipleona fəsiləüstü

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Ayaqquyruqlular kiçik, adətən 1–2 mm böyüklükdə olan həşəratdır. Tək-tək hallarda 5–10 mm böyüklükdə olan nümayəndələri də vardır. Bədəni uzunsov və ya şarşəkillidir. Bədəndən aydın şəkildə ayrılanbaş hissədə 4-6 buğumlu və yaxşı inkişaf etmiş bığcıqları vardır. Ağız orqanları gəmirici tipdə olub üst və alt çənələri yaxşı inkişaf etmişdir. Maye ilə qidalanan növlərində isə ağız aparatı sancıcı-sorucu tipdədir. Başın yanlarında gözlər vardır ki, bunlar çoxlu sadə gözcüklərdən əmələ gəlmişdir. Ayaqquyruqlularda göz ancaq torpağın səthinə çıxan formalarda olub, daima torpağın içərisində yaşayanlarda olmur.

Döşdə olan 3 buğum qarın hissədən aydın şəkildə ayrılmır. Ayaqları çox da uzun deyildir. Pəncələri bir buğumludur. Qarın hissəsi 6 buğumludur və 3 çıxıntıya malikdir. Birinci buğum alt tərəfdən xüsusi fıra (şişkinliyə) malikdir və qarın borusu adlanır. Üçüncü buğumda qarıncıq adlanan bir cüt fır vardır ki, çəngəl adlanan hissə sakit halda ona bağlanır. Dördüncü buğumun alt tərəfində isə “tullanan çəngəl” adlanan xüsusi orqan vardır. Bu orqan buğumayaqlıların heç birində yoxdur. Bu, sakit halda qarının alt hissəsinə qatlanır və hərəkət vaxtı onun vasitəsilə çox güclü tullanmaq qabiliyyətinə malik olur.

Ayaqquyruqlular müxtəlif şəraitdə yaşayaraq, bütün Yer kürəsində geniş yayılmışdır. Bununla belə, onlar rütubətli yerlərdə daha çox olurlar. Bir çox növləri isə aşağı temperaturda daha fəal olur və bəzən Arktikada onlara kütləvi şəkildə qarın üzərində rast gəlinir. Ayaqquyruqlular dəstəsinin 2000-ə qədər növü məlumdur. Keçmiş SSRİ-də onun 300 növü qeydə alınmışdır. Azərbaycanda 66 növü qeyd edilmişdir.

Ayaqquyruqlular bitki çürüntüləri olan yerlərdə, torpaqda, mamırlıqda, tökülmüş yarpaqların altında, ağac kötüklərində, qismən də suda yaşayırlar. Üzvi qalıqlarla qidalanaaq heyvan cəmdəklərinin parçalanmasında, maddələrin dövranında və torpaq əmələgəlmə prosesində mühüm rol oynayırlar. Bəzən torpağın 1m2 sahəsində onların sayı on minlərlə olur. qəbiristanlıqlarda yaşayan və insan meyitlərinin parçalanmasında iştirak edən növləri də məlumdur. Məsələn, yaşıl simintur bitkilərin zərif yaşıl hissəsi ilə qidalanır və onlara zərər verir. Avstraliyada bu növ, yonca bitkisinin zərərvericisi hesab edilir.