Aydın Abdullayev

Aydın Əşrəf oğlu Abdullayev (7 iyun 1951, Jdanov19 yanvar 2022, Bakı) — Azərbaycan kino istehsalatı təşkilatçısı.

Aydın Abdullayev
Doğum tarixi 7 iyun 1951(1951-06-07)
Doğum yeri
Vəfat tarixi 19 yanvar 2022(2022-01-19) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor
Fəaliyyət illəri 1975–2022
Təhsili

Aydın Abdullayev 1951-ci il iyunun 7-də anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirib. 1975-ci ildən kino sahəsində çalışır: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləmişdir. 1993–1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994–2000-ci illərdə "Azanfilm" kinostudiyasının direktoru olmuşdur. 20-dək animasiya filmlərinin direktorudur.[1] 19 yanvar 2022-ci ildə vəfat etmişdir.[2][3]

  1. Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
  2. Kirpi balası və alma (film, 1977)
  3. Sən belə cımbılısan (film, 1982)
  4. Ümid (film, 1992)
  5. Şüalə (film, 1994)
  6. Çalalar (film, 2000)
  1. Azərbaycan Kinosu — Ensiklopedik lüğət. Elm və Təhsil. Bakı, 2017. s.26
  2. Azərbaycan Kinematoqrafçılar İttifaqı. "Prodüser Aydın Abdullayev vəfat edib" (az.). AKİ. 19.01.2022. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.
  3. Modern.az. "Azərbaycanda tanınmış kino xadimi vəfat edib" (az.). Modern.az. 20.01.2022. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.