Aydın Balaca oğlu Məmmədov (1934, Sərdarlı, Qaryagin rayonu – 2020, Bakı) — Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, paleontoloq.
Aydın Balaca oğlu Məmmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Sərdarlı, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Balaca Məmmədov |
Elm sahələri |
paleontologiya, geologiya |
Elmi dərəcəsi | geologiya-mineralogiya üzrə elmlər doktoru |
Təhsili | ali |
Mükafatları |
1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1958–1961-ci illərdə Azərbaycan Sənayə İnstitutunda aspirantura təhsili almışdır. 1962-ci ildə namizədlik dissertasiyasıçı müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Geologiya İnstitutunda işləyirdi. 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004–2010-cu illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. 2020-ci ildə Bakıda həyatını itirmişdir.
Paleozoy dövrünün stratiqrafiyası və paleontologiyası sahəsində görkəmli mütəxəssisdir. O, Zaqafqaziyada ilk dəfə olaraq alt devonun paleontoloji səciyyələnmmiş çöküntülərini ayıraraq saraclı dəstəsinə və alt karbonun serpuxov mərtəbəsi çöküntülərini müəyyən edib bozaqlı dəstəsinə daxil etmişdir.Naxçıvan Muxtar Respublikasının ərazisindəki devon yaşlı çöküntülərin dəqiq stratiqrafik bölgüsünü paleontoloji əsasla müəyyən etmişdir. O, Cənubi Qafqaz devon sistemində 20, karbon sistemində isə 4 əsas stratiqrafik braxiopod kompleksini müəyyən etmişdir. O, Cənubi Qafqazın devon çöküntülərinin biostratiqrafik sxemini Qərbi Avropanın və başqa regionların uyğun kəsilişləri ilə müqayisə etmişdir. Aydın Məmmədovun öyrəndiyi Naxçıvan devon sisteminin kəsilişinin daha dəqiq bölgüsü MSK-nın ekskursiya proqramına daxil edilmişdir. Rusiyanın Beynəxalq Stratiqrafiya Komissiyasının (MSK) devon üzrə üzvü və Azərbaycan MSK paleozoy seksiyasının sədri idi. 4-ü monoqrafiya olmaqla, 114 elmi əsərin müəllifi idi. Azərbaycanda paleozoy üzrə yeganə mütəxəssis idi.