Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Aydın Menderes (5 may 1946, Ankara – 23 dekabr 2011[1], Ankara) — Türk siyasətçisi
Aydın Menderes | |
---|---|
türk. Aydın Menderes | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 23 dekabr 2011[1] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Adnan Menderes |
Aydın Menderes 1946-cı ildə Ankarada doğulub. 1968-ci ildə Ankara İqtisadi və Ticari Elmlər Akademiyasının məzunu olub.
Siyasətə 1970-ci ildə Demokratik Partiyanın vilayət başçısı kimi daxil olan Menderes, 1977-ci ildə Ədalət Partiyasından Konya millət vəkili seçilib.
12 Sentyabr dövlət çevrilişindən sonra 10 il siyasətdən kənarlaşdırılan Menderes, 1993-cü ildə banisi olduğu Böyük Dəyişiklik Partiyasının başçısı seçilir.
1994-cü ildə Demokrat Partiyanın başçısı olur. 1995-ci ildə Rifah Partiyasından İstanbul millət vəkili seçilən və 1996-cı ildə bu partiyada başqan müavini vəzifəsinə gətirilən Aydın Menderes, 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili olub. Menderes elə həmin il Fəzilət Partiyasından istefa verib.
3 noyabr 2002-ci il tarixində Doğru Yol Partiyasından (DYP) millət vəkilliyinə namizəd olub, ancaq DYP baryeri keçə bilmədiyi üçün siyasətdən uzaqlaşdığını elan edən Menderes, tərcüməçiliklə məşğul olub və "Yeni Əsr" qəzetində köşə yazısı hazırlayıb.
Edam edilən keçmiş baş nazir Adnan Menderesin son oğulu olan Aydın Menderes, keçirdiyi yol qəzası nəticəsində qismən iflic olub.
Menderes 2011-ci ilin dekabrın 23-də 1 aydır müalicə gördüyü Ankara Atatürk Təhsil və Araşdırma Xəstəxanasında vəfat edib. Menderesin 65 yaşı var idi.