Aydın Piriyev

Aydın Tofiq oğlu Piriyev (17 dekabr 1984, Bakı, Azərbaycan SSR) — Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti, Parlaq Zəka intellekt şousunun rəhbəri və aparıcısı.

Aydın Piriyev
Doğum tarixi (38 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası hüquqşünas
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Aydın Piriyev 17 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1992-1996-cı illərdə Səbail rayonunda yerləşən 189 saylı orta məktəbdə ibtidai təhsilini, 1996-2003-cü illərdə isə Bakı Türk Anadolu Liseyində orta təhsilini almışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakultəsinə daxil olmuşdur. 2007-ci ildə məzun olduqdan sonra hərbi xidmətə yola düşən Piriyev, 2009-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA ixtisası üzrə marketinq təhsili alıb.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İntellektual aləmə hələ məktəb vaxtlarından gələn Aydın Piriyev kapitan olaraq məktəbin adına birincilik gətirməklə intellektual aləmə daxil olsada bu sahədə fəaliyyətini 2005-ci ildə yeni yaranan və ARPDİA-da fəaliyyət göstərən Abşeron İntellektual Oyunlar Klubu ilə daha da peşəkarlaşdırdı. İlk qurduğu və oynadığı "Tsunami" komandası olmasına baxmayaraq, daha sonra isə "Turan" klubuna gələrək 4 il "Mafiya" komandasında oyunçusu olub. Bir müddət sonra "Nə? Harada? Nə zaman? oyununun televiziya versiyası üzrə Elitar klubda Aysel Ağayevanın komandasında çıxış etmişdir. Çempionatlarda "Nevada" komandasının oyunçusu kimi çıxış edərək nəhayət Azərbaycan İntellektual Oyunlar Klubunun təsisçisi oldu.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir. 2 övladı var.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]