Parlaq Zəka

Parlaq Zəka — intellektual şousu. Rusiyanın Birinci kanalında 20 ildən çox  yayımlanan məşhur "Умницы и умники" layihəsinin ölkəmizdəki populyarlığı, onun gənclərin formalaşmasında, onların intellektual və emosional inkişafındakı müsbət rolunu nəzərə alaraq yaradılan lisenziyalı analoqudur. Veriliş Synergy Group OJSC-nin dəstəyilə hər bazar günü saat 11:00-da “Azərbaycan” Dövlət Televiziya Kanalı-nın efirində yayımlanır. Təkrarı isə cümə axşamı saat 22:00-da efirdə olur. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevdir. 2016-cı ildə maliyyə problemləri ucbatından Synergy Group şirkəti sponsorluqdan imtina etmiş və verilişin yayımı dayandırılmışdır. Buna baxmayaraq "Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionatlar keçirilmişdir.[1]

Parlaq Zəka
Loqonun şəkli
Növü İntellektual veriliş
aiok.az

“Parlaq Zəka” milli humanitar olimpiadasının məqsədi Azərbaycan gəncliyinin inkişafına töhfə vermək, gənclərin bilik səviyyəsinin, zehni inkişafının təmin etmək, dünyagörüşünü zənginləşdirmək, elmi bilikləri təşviq, Azərbaycanın və dünya ölkələrinin ümumbəşəri elmi və mədəni dəyərlərinin gənclər arasında təbliğ edilmək, natiqlik qabiliyyətinin inkişaf etdirmək, onların müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdən ibarətdir.

İştirakçılar və keçirilmə sxemi

[redaktə | mənbəni redaktə et]

İştirakçı olaraq respublika ali təhsil müəssislərinin bakalavr pilləsinin tələbələri seçilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, abituriyent mərkəzləşdirilmiş qaydada keçirilən imtahanları vermədən ali təhsil müəssisəsinə qəbul edilə bilməz. Bununla əlaqədar, qaliblərin qəbul olunmasını nəzərdə tutan oyunun konspesiyasına zidd getməmək məqsədilə bakalavrlar arasında viktorinanın keçirilməsi və daha sonra onların magistr dərəcəsini almaq üçün xarici ali təhsil müəssisələrinə göndərilməsi məqsədəuyğun hesab olunmuşdur. İştirakçıların (nəzəriyyəçilərin) sayı, onların seçim qaydaları, bölüşdürülməsi və veriliş üçün hazırlanması yaradıcı heyət tərəfindən müəyyənləşdirilir. Eyni zamanda, üç “yol” ilə keçən turların formatının, “medal-orden” sxeminin saxlanır, oyunda auditoriyanın iştirakı da nəzərdə tutulmuşdur. Raundların sayı və onların keçirilmə mexanizmi iştirakçıların sayına uyğundur. Oyunda jürinin iştirakı, hazırlamış tapşırığın icraedilmə nəticələrinə əsasən “yolların” seçilmə qaydaları, dəvət olunmuş qonaqların verilişdə iştirak etmə imkanları, qonaqla oyunun sonudakı intervyu dəyişməz olaraq qalır.

Sualların mövzusu Azərbaycan və dünya tarixi, mədəniyyəti, eyni zamanda coğrafiya, idman, fəlsəfə, ümumi mövzuları və s. əhatə edir. Sualların tərtibatı və seçilməsi ilə xüsusi redaksiya heyəti məşğul olur. Sualların hazırlanması zamanı mənbələrin etibarlılığı, sualların faydalılığı və məqsədli təyinatı maksimal dərəcədə nəzərə alınır. Eyni zamanda, tematik veriliş formatı da saxlanır.

Oyunun əsas hədiyyələri kimi qaliblərin magistr pilləsində pulsuz təhsil almaları üçün xaricə göndərilməsi üçün imkanlar yaradılır. Birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yerə 30.000, üçüncü yerə isə 20.000 AZN-lik haqqı ilə təltif olunur.

I. Ümumi müddəalar

[redaktə | mənbəni redaktə et]

1.1 “Parlaq Zəka” milli humanitar olimpiadasının (bundan sonra - oyun) məqsədi gənclərin bilik səviyyəsinin, zehni inkişafının təmin edilməsi, elmi biliklərin təşviqi, Azərbaycanın və dünya ölkələrinin ümumbəşəri elmi və mədəni dəyərlərinin gənclər arasında təbliğ edilməsi, natiqlik qabiliyyətinin inkişaf etdirilməsindən ibarətdir.

1.2 Oyunun idman versiyası Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən yaradılmışdır.

1.3 Oyun humanitar-ictimai profil üzrə bir qayda olaraq tarix, ədəbiyyat, mədəniyyət, incəsənət bilikləri üzrə təşkil edilir.

1.4 Bu Qaydalar Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən təsdiq edilir və oyunun təşkili və keçirilmə qaydalarını, onun təşkilati-metodiki təminatı şərtlərini, qaliblərin və mükafatçıların müəyyənləşdirilməsi qaydalarını müəyyən edir, onların hüquq və vəzifələrini təsbit edir. Oyunun keçirilməsinin bu Qaydalar ilə tənzimlənməyən məsələləri Qaydalara zidd olmamaqla Təşkilat Komitəsi, onun üzvləri və ya Təşkilat Komitəsinin səlahiyyətli nümayəndələri tərəfindən həll olunur.

II. İştirakçılar

[redaktə | mənbəni redaktə et]

2.1. Oyunda keçirilmə anına hər hansı orta və ya ali təhsil müəssisəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşı iştirak edə bilər.

III. Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]

3.1. Oyun özündə iştirakçıların – 3 zəkanın və zalda olan iddiaçıların aparıcının verdiyi müəyyən mövzunu əhatə edən suallara doğru cavab verməkdə yarışdığı fərdi müsabiqəni ehtiva edir. Mövzular humanitar-ictimai təmayül üzrə bir qayda olaraq tarix, ədəbiyyat, mədəniyyət, incəsənəti və s. əhatə edir və əvvəlcədən iştirakçılara bildirilir.

3.2. Oyun Müqəddimə və Zəka meydanı ibarət olmaqla 2 hissədən ibarət olur.

3.3. Müqəddimə Ana dili və Natiqlik qabiliyyəti tapşırığından ibarət olur.

3.4. Ana dili tapşırığında zəkalar Azərbaycan dilinin qrammatikasına aid tapşırığı yerinə yetirməlidirlər.

3.5. Oyundan əvvəl zəkalara natiqlik qabiliyyətini nümayiş etdirmək üçün mövzu təqdim edilir.

3.6. Natiqlik qabiliyyəti tapşırığının müddəti 40 saniyədir.

3.7. Natiqlik qabiliyyəti tapşırıqlarından sonra Zəka məclisi 3 zəka arasında ardıcıllıqla 1, 2 və 3-cü yeri müəyyənləşdirir.

3.8. Müqəddimədən sonra zəkalar Zəka meydanında yarışırlar.

3.9. Zəka meydanı mərhələsi 3 sektordan ibarətdir:

  • Yaşıl – 4 sual-mərhələdən ibarət olmaqla bu sektoru seçmiş zəkaya 2 dəfə səhv cavab vermək imkanı verilir;
  • Sarı – 3 sual-mərhələdən ibarət olmaqla bu sektoru seçmiş zəkaya 1 dəfə səhv cavab vermək imkanı verilir;
  • Qırmızı – 2 sual-mərhələdən ibarət olmaqla bu sektoru seçmiş zəkaya səhv cavab vermək imkanı verilmir.

3.10. Finalda bütün sektorlar Yaşıl olur.

3.11. Sektorlar zəkalar tərəfindən Müqəddimədə tutduqları yerlərə uyğun ardıcıllıqla seçilir. İlk seçim hüququ Müqəddimədə 1-ci yeri tutmuş zəkaya verilir. Finalda eyni qaydada Zəka meydanı mərhələsində başlanma ardıcıllığını müəyyənləşdirilir.

3.12. Zəkaların məqsədi seçmiş olduğu sektoru tez və səhvsiz keçməkdir. Seçmiş olduğu sektoru hamıdan tez başa vuran zəka oyunun qalibi olur. Digər zəkalar iddiaçıya çevrilirlər.

3.13. Suallar ardıcıl olaraq Yaşıl sektordan başlayaraq sıra ilə verilir. Hər bir sual açar söz ilə bağlı olur. Sual haqqında fikirləşməyə zəkaya 20 saniyə verilir. Suala doğru cavab verərsə zəka sektorun növbəti sual-mərhələsinə keçir və irəliləyir. Zəka suala səhv cavab verərə seçdiyi sektora uyğun olaraq ya cərimə xalı ilə növbəti sual-mərhələyə keçir ya da Zəka meydanını tərk edərək iddiaçıya çevrilir.

3.14. Qırmızı sektorda səhv etmiş zəka “Olum ya Ölüm” hüququndan istifadə edə bilər. Əgər zəka sektorda sualda səhv edibsə və “Olum ya Ölüm” hüququndan istifadə edirsə ona 2 sual verilir. Əgər zəka hər iki suala doğru cavab verirsə o müvafiq sektorda irəliləmiş hesab edilir. Sual haqqında fikirləşməyə zəkaya 10 saniyə verilir. “Olum ya Ölüm” hüququndan 1 dəfə istifadə etmək olar. Əgər zəka “Olum ya Ölüm” sualına doğru cavab vermirsə o oyundan tam kənarlaşdırılır və bu halda çıxışını iddiaçı kimi davam etdirə bilməz.

3.15. Zəka meydanında yarışan zəkalardan başqa oyun zalında olan iddiaçılar da oyunda iştirak edirlər. Zəka suala cavab tapmadıqda və ya Zəka meydanında oyun bitdikdən sonra səslənməmiş suallar qalarsa aparıcı həmin sualları oyun zalındakı iddiaçılara verir. Doğru cavab görə fərqləndirici orden verilir. Cavab natamam olarsa Zəka məclisinin mülahizəsinə görə iddiaçıya medal verilə bilər. Cavabın doğruluğu və tamlığı Zəka məclisi tərəfindən qiymətləndirilir, iddiaçıya ya fərqləndirici orden ya medal yaxud da heç bir mükafat verilmir.

3.16. Finalda həm zəkalar həm də iddiaçılar doğru cavaba görə ya fərqləndirici orden ya da ki, medal ilə mükafatlandırılırlar.

3.17. Oyunda bütün qərarlar aparıcı və 3 üzv – başbiləndən ibarət olan Zəka məclisi tərəfindən qəbul edilir. Baş hakim aparıcıdır. O, oyuna start verir, fərqləndirici orden və ya medal verilməsi, suala cavabın qəbul olunub-olunmamasında yekun qərar verir.

IV. Qalibin müəyyənləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

4.1. Oyunun qalibi Final oyununun nəticələrinə görə qalib gəlmiş zəka olur.

4.2. Əgər Finalda qalib və mükafatçılar müəyyən edilməzsə oyunun ümumi nəticələrinə əsasən daha yaxşı nəticəsi olan iştirakçılar qalib və mükafatçı olurlar. Nəticələr nəzərə alınarkən həm zəka kimi mübafiq yolda cavab verilmiş doğru cavablar, həm də iddiaçı kimi qazanılmış fərqləndirici orden və medallar nəzərə alınır. Bu zaman zəka kimi müvafiq yolda cavab verilmiş hər doğru cavab 1 fərqləndirici ordenə bərabər tutulur. “Olum ya Ölüm” hüququndan istifadə çərçivəsində doğru cavab verilmiş hər bir sual 1 medala bərabər tutulur. Ümumilikdə 2 medal 1 fərqləndirici ordenə bərabər tutulur. Bu göstəricilər bərabər olarsa zəka kimi müvafiq yolda cavab verilmiş doğru cavabların sayı əsas götürülür.

Birinci mövsümün qalibləri

[redaktə | mənbəni redaktə et]

İkinci mövsümün qalibləri

[redaktə | mənbəni redaktə et]

Üçüncü mövsümün qalibləri

[redaktə | mənbəni redaktə et]
  1. "Parlaq Zəka" məktəblilərarası çempionatı https://www.youtube.com/watch?v=oxzlW4-tGes
  1. На AzTV начинается второй сезон азербайджанского варианта программы "Умницы и умники"
  2. Интеллектуальное шоу “Parlaq Zəka” изменит судьбу трем молодым людям
  3. Определился победитель 1/8 финала интеллектуального шоу "Parlaq Zəka"
  4. Определился победитель первого 1/4 финала интеллектуального шоу "Parlaq Zəka"
  5. Начинается отбор на следующий сезон интеллектуального шоу "Parlaq Zəka"
  6. Определился победитель второго 1/4 финала интеллектуального шоу "Parlaq Zəka"
  7. Определился победитель третьего 1/4 финала интеллектуального шоу "Parlaq Zəka"
  8. Определился победитель четвертого 1/4 финала интеллектуального шоу "Parlaq Zəka"
  9. Определился победитель пятого 1/4 финала интеллектуального шоу "Parlaq Zəka"
  10. Определился победитель шестого 1/4 финала интеллектуального шоу "Parlaq Zəka"
  11. Определился победитель седьмого 1/4 финала интеллектуального шоу "Parlaq Zəka"
  12. "Шахматы и шахматисты" - определился победитель восьмого 1/4 финала "Parlaq Zəka"
  13. "Ацтеки, Майа, Инки" - определился очередной победитель 1/4 финала "Parlaq Zəka"
  14. "Холодная война" - стартовал полуфинал интеллектуального шоу "Parlaq Zəka"
  15. Передача "Parlaq Zəka" названа лучшим интеллектуальным телепроектом года
  16. В Баку прошел турнир по интеллектуальной игре "Parlaq Zəka"
  17. Определился первый финалист интеллектуального шоу "Parlaq Zəka"
  18. Определился второй финалист азербайджанской версии телепроекта "Умники и Умницы"
  19. В Азербайджане состоялся финал проекта "Parlaq Zəka"
  20. В Баку состоялась встреча с победителями проекта "Parlaq Zəka"
  21. Интеллектуальное шоу "Parlaq Zəka" начинает новый сезон – отличный шанс для обучения за рубежом
  22. Стартовал второй сезон интеллектуального шоу "Parlaq Zəka"
  23. "Чемпионаты мира по футболу" в интеллектуальном телешоу "Parlaq Zəka"
  24. "История Османской империи" в интеллектуальном телешоу "Parlaq Zəka"
  25. "Покорители полюсов" в интеллектуальном телешоу "Parlaq Zəka"
  26. "Фламандские художники" в интеллектуальном телешоу "Parlaq Zəka"
  27. Интеллект-шоу "Parlaq Zəka" посвящено творчеству Джалила Мамедкулизаде
  28. "Быть или не быть, вот в чем вопрос " - интеллект-шоу "Parlaq Zəka"
  29. "Три мушкетера" выявили победителя в интеллект-шоу "Parlaq Zəka"
  30. "Белла, чао", или Творчество Муслима Магомаева в интеллект-шоу "Parlaq Zəka"
  31. "Царская династия Романовых" в интеллект-шоу "Parlaq Zəka"
  32. Азербайджанские студенты бились за "Нобелевскую премию мира"
  33. Молодые азербайджанские знатоки зажгли Олимпийский огонь
  34. Студенты совершили экскурс в мир азербайджанского кино
  35. Юные азербайджанские знатоки совершили экскурс в волшебный мир театра
  36. У азербайджанских знатоков "забил фонтан нефти"
  37. Гай Юлий Цезарь, или Красная дорожка азербайджанского знатока
  38. Сделай селфи – получи приз: в Азербайджане впервые объявлен конкурс "Parlaq Selfie"
  39. Азербайджанские знатоки - в войне между Римом и Карфагеном
  40. Азербайджанские знатоки совершили крестовый поход
  41. В Баку прошел интеллектуальный турнир среди школьников "Parlaq Zəka"
  42. Азербайджанские сказки, или Селфи с телевизором
  43. "От книжек отрекись…Так за разбой берись!" - азербайджанская версия телешоу "Умники и Умницы"
  44. Квазимодо и Эсмеральда в образах азербайджанских знатоков
  45. Среди школ Баку пройдет чемпионат по игре “Parlaq Zəka”
  46. По железным дорогам Азербайджана
  47. Творчество Ильяса Эфендиева в ответах молодых знатоков
  48. Амир Теймур в истории и культуре Азербайджана
  49. Как азербайджанскому студенту получить бесплатное образование за рубежом
  50. Азербайджанские скульпторы, или Как заработать от 20 до 40 тысяч манатов
  51. 78-летняя бабушка, или Победители селфи-конкурса "Parlaq Selfie"
  52. Спарта – от древней Греции до современного Азербайджана

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]