Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Aydın Veysəl oğlu Talıbov (d. 13 mart 1965, Siyaqut kəndi, Naxçıvan MSSR) — "Veysəloğlu" Şirkətlər Qrupunun prezidenti ,[1] "Tərəqqi" medalı laureatı.[2]
Aydın Talıbov | |
---|---|
Aydın Veysəl oğlu Talıbov | |
Doğum tarixi | |
Doğum yeri | Siyaqut, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Veysəl Talıbov |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri Universiteti |
Fəaliyyəti | biznesmen |
Tanınır | Veysəloğlu |
Mükafatları |
1965-ci il martın 13-də Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olub.
1989-cu ildə İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "İnşaat texnologiyası" fakültəsi üzrə fərqlənmə diplomu ilə bitirib.[1]
İşgüzar fəaliyyəti dövründə biznes, marketinq üzrə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə bir sıra konfranslarda, ABŞ, Böyük Britaniya, Yaponiya və digər ölkələrdə retail sahəsində konfranslarda və biznes inkişafı seminarlarında iştirak edib.
Aydın Talıbov universitetdən məzun olduqdan sonra 3 il ərzində Naxçıvan MR-da Dövlət Plan Komitəsində və Nazirlər Kabineti yanında Əsaslı Tikinti-İnkişaf qurumlarında müxtəlif vəzifələrdə çalışıb.[1]
Aydın Talıbov 1994-cü ildən bizneslə məşğuldur. Hazırda fəaliiyətini qurucusu və rəhbəri olduğu Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri kimi davam etdirir.
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın gündəlik tələbat malları (FMCG) sektorunda 16 minə yaxın əməkdaşı olan, daima birincilik, yenilikçilik, dürüstlük, əməkdaşlıq, sosial məsuliyyət və müştəri məmnuniyyəti kimi dəyərlər üzərində qərarlaşan biznes şəbəkəsidir. Şirkətlər Qrupuna Azərbaycanda "Veysəloğlu", Türkiyədə fəaliyyət göstərən "VT" (Veyseloglu Turkey) və Gürcüstandakı "VG" (Veyseloglu Georgia) distribüsiya şirkətləri, eləcə də "ULDUZ" şokolad fabriki, "XONÇA" şirniyyat evi, "AVT LOGISTICS", "AVT Construction", "AVT Nəqliyyat", "V-Trade" topdansatış, "Vesta-Horeca" şirkətləri, həmçinin "ENTRÉE Azərbaycan" kafe, "ARAZ" supermarketlər və "OBA" marketlər şəbəkələri daxildir.[1]
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan təsisatlar:
Aydın Talıbov 1994-cü il 5 noyabr tarixində Türkiyədən TİR ilə Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk idxalı həyata keçirərək, "Veysəloğlu" distribusiya biznesinin əsasını qoyub. 2001-ci ildə ortaqları ilə birgə qənnadı sahəsində "Milli brend" statusunu qazanan, əsasən şokolad konfetləri, karamellər, şokolad qutuları, draje məhsulları istehsal edən "ULDUZ" şokolad fabrikini yaradıb.
2011-ci ildə Aydın Talıbov ortaqları ilə birlikdə əsas səhmdar olaraq Gürcüstanda "VG" adı ilə yeni distribüsiya şirkətini, həmçinin "ARAZ" supermarketlər şəbəkəsini yaradıb. O, əsas sahibkarı olduğu bizneslərin inkişafını əsasən 2016-cı ildən sonra həyata keçirməyi bacarıb və "ARAZ" supermarketlər şəbəkəsi biznesinin dəstəyi ilə "OBA" yüksək endirim (hard-discount) modelli marketlər şəbəkəsini yaradıb. Hazırda 850-dən çox filialı olan bu şəbəkə bizneslə yanaşı, həm də yeni iş yerlərinin açılması və əhalinin məşğulluğu baxımından Veysəloğlu Şirkətlər Qrupunun sosial layihəsi hesab edilir.
Sürətli mağaza açılışı strategiyasını əsas götürərək "ARAZ" supermarketlər şəbəkəsini böyüdən Aydın Talıbov 2017-ci ildə ölkədə ilk supermarket alışını edib və "Favorit" şəbəkə marketlərini alaraq biznesini qısa zamanda böyük fərqlə bazar lideri edə bilib. Hazırda bu şəbəkənin 145 filialı fəaliyyət göstərir.
Həmin dövrlərdə A. Talıbov əvvəllər ölkəyə idxal edilə bilməyən şəkər, paxlalı məhsullar, yağlar kateqoriyalarında "Veysəloğlu" distribüsiya şirkəti vasitəsilə məhsulların da əsaslı şəkildə idxalına başlayıb.
Onun rəhbərliyi altında 2015-ci ildə "AVT Construction" şirkəti yaradılıb. "AVT Construction" Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərin tikinti və təmir işlərini həyata keçirir.
2017-ci ilin iyunun 14-dən "AVT LOGISTICS" şirkəti fəaliyyətinə start verilib. Bu, Cənubi Qafqazın ən böyük logistika mərkəzinə sahib olan şirkəti hesabı edilir. Ümumilikdə isə ölkənin 10 bölgəsində logistik anbarları var.
2020-ci ilin aprelin 1-dən daşınma sektorunda yeni texnologiyaların tətbiqi ilə seçilən "AVT Nəqliyyat" şirkətinin təməli qoyulub. Şirkətinin balansındakı yüzlərlə nəqliyyat vasitələrinin əksəriyyəti yük, təxminən yalnız 10 faizi xidməti maşınlardır.
Aydın Talıbovun təşəbbüsü ilə 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib xammal tədarük edən "Vesta-Horeca" şirkəti fəaliyyətə başlayıb.
Onun rəhbərliyi ilə 2015-ci ildə qida sektorunda təchizatçı hesab edilən "V-Trade" şirkəti yaradılıb. Bazara daxil olduğu vaxtdan etibarlı təchizatçı imici qazanan şirkət əsasən şəkər tozu və dənli paxlalı məhsullar üzrə fəaliyyət göstərir.
Ölkənin şirniyyat sektorunda milli brendi "XONÇA" da Aydın Talıbovun rəhbəri olduğu Veysəloğlu Şirkətlər Qrupuna daxildir. Bu brend 2016-cı ilin fevral ayından istehsala başlayıb və "ARAZ" supermatketlər şəbəkəsinin çoxsaylı filiallarında bölmələri, eyni zamanda müstəqil mağazaları var.
Hazırda Veysəloğlu Şirkətlər Qrupu nəinki yerli, həmçinin regional bazarlarda da fəaliyyəti ilə seçilir. Belə ki, 2010-cu ildə Şirkətlər Qrupunun Gürcüstandaki ofisi — "VG"(Veyseloglu Georgia) fəaliyyətə başlayıb. Burada 3500-dən çox satış nöqtəsi olan "VG" Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Hindistan və s. kimi müxtəlif ölkələrdən 30-dan çox istehsalçı ilə əməkdaşlıq edir.
Türkiyədən çeşidli və keyfiyyətli məhsulların etibarlı tədarükçüsü olan "VT" (Veysəloglu Turkey) isə 2019-cu ilin yanvarın 25-dən fəaliyyət göstərir.
Aydın Talıbov "Entrée Azərbaycan" ilə Azərbaycanın kafe biznesinə də Avropa xidməti gətirib. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə bir neçə kafe fəaliyyət göstərir.
Bundan əlavə, Aydın Talıbov sahibkar olaraq 2002-ci ildə "Sirab" mineral suları zavodunu da inkişaf etdirib. Hazırda burada pay sahibidir.
Ailəlidir, bir övladı var.
2 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalına layiq görülüb.[2]