Aydağ seolit yatağı

Tovuz rayonunda yerləşən Üst Təbaşir yaşlı seolit yatağı.

Azərbaycanda Üst Təbaşirin seolit yataqları[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Üst Təbaşirin seolit yataqları Kiçik Qafqazın dağətəklərində, eləcə də Orta Kür çökəkliyinin cənub kənarlarının çökmə strukturlarında və Böyük Qafqazın Vəndam zonasında yerləşir[1].

Stratiqrafiyası[1][redaktə | mənbəni redaktə et]

Aydağ seolit yatağı Aydağ sinklinalının periklinal hissəsinə daxil olmaqla, Qazax çökəkliyinin cənub-şərq hissəsində yerləşir və Koroğlu lay dəstəsinin Santon çöküntülərinə aiddir. Yataq 2 massiv (25-30 m) və bir neçə zəif qalınlığa malik, Santon-Alt Kampan pelitomorf əhəngdaşıları və mergellərdən ibarət olan laylarla təmsil olunub. Yer səthinə çıxan hissənin eni 20-120 m, uzunluğu 3 km dərinliyi 40-200 m-dir. Layların cənub-şərq istiqamətində monoklinal yatımı müşahidə olunur və bu layların qalınlığı şimal-şərq istiqamətdə artır. Karyer rayonlarında ən böyük qalınlıq mövcuddur, bununla da gələcək kəşfiyyat işlərinin perspektivliyi əlaqələndirilir. Seolitli küllər sonradan  linzavari ləkəli çəhrayı-yaşıl, açıq-yaşıl, sıx yaşıl mergeləbənzər tuflara keçən çəhrayı-ağ dənəvər biotit tuflarla örtülüb. Burada eləcədə seolit-gilli, seolit-silisiumlu  kristallaşması və çəhrayı-boz bentonit əlavələri müşahidə olunur. Aydağ külləri Öksüzlü küllərinə nisbətən cavandır.

Kimyəvi tərkib[redaktə | mənbəni redaktə et]

Müxtəlif trassların kimyəvi tərkibi lavanın tərkibinə yaxındır. Əsas kimyəvi komponentlər SiO2 (silisium-dioksid)(64.6-66.19%) və Al2O3-in (alüminium oksid) (10.08-12.32%) miqdarı eynidir, lakin qələvilərin, dəmir oksidin, manqanın tərkibi isə bir qədər fərqlidir. Beləliklə küllü tufların bir çox problarında K2O-nun (kalium oksidi) Na2O-ya (natrium oksid) və Fe2O3-ün (dəmir(III) oksid) FeO-ya nisbətən üstünlüyü, MnO-nun (manqan(II) oksid) böyük miqdarı, SO3 (kükürd trioksid) və MgO-nun (maqnezium oksid) aşağı miqdarı müşahidə olunur. Öksüzlü traslarında isə bu oksidlərin miqdarı Ayadağdakıların əksidir[1].

Qırılma pozulması Aydağ yatağını üç hissəyə bölür: qərb, mərkəz və şərq. Ən perspektivli hissə Yer səthinə 200 m çıxışı olan mərkəzi hissədir. Burada üç layın olduğu müəyyən olunmuşdur: 1) açıq boz tuflar; 2) qonurvari boz tuflar; 3) alt – maviyəçalan-boz cizgilər[2].

Ehtiyatı[redaktə | mənbəni redaktə et]

Bu ya­taq­da də­qiq kəş­fiy­yat iş­lə­ri apa­rıl­mış və B+C1+C2 ka­te­qo­ri­ya­la­rı üz­rə eh­ti­ya­tı 12,6 mln.ton he­sab­lan­mış­dır[3]. Hazırda Aydağ seolit yatağı «Azərseolit» Elmi Sənaye Birliyi tərəfindən istismar edilir[4].

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Aydağ yatağının təbii seolitləri qazların qurudulması, benzolsu buxarının təbii qazlardan tutulması, neft-kimya proseslərində katalizator kimi, sutəmizləyici qurğularda süzgəc kimi, rezin, plastik kütlə, kağız, aşqar sement istehsalı, tibbdə, yuyucu tozların və mineral-polimer materialların istehsalında doldurucu kimi yararlıdır, kənd təsərrüfatında torpaqların keyfiyyətinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması, heyvandarlıq və quşçuluqda yemə inert əlavə kimi onların istifadə sahələri müəyyənləşdirilmişdir[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Геология Азербайджана, том VI. Полезные ископаемые. Баку-2005.
  2. Минерально-сырьевые ресурсы Азербайджана. Баку-2005
  3. http://az.strategiya.az/chap.php?id=37553[ölü keçid]
  4. 1 2 "Arxivlənmiş surət". 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.