Bentonit (ABŞ-dəki Benton yatağına görə belə adlandırılmışdır) — kolloidal, o cümlədən sorbsion xassəli montmorillonit gili (bəzən argillit). Qələvi bentonit üçün yüksək plastiklik və şişmə səciyyəvidir. Montmorillonitdən başqa, bentonit tez-tez hidromikalar, qarışıq təbəqəli minerallar, kaolinit, sepiolit, palıqorskit, kristobalit, seolitlər və b. rəst gəlir. Bentonit vulkanik şüşələri və külün su hövzələrində diagenetik dəyişmələri nəticəsində, sualtı və subaeral aşınmada və hidrotermal proseslərdə, habelə hövzədə SiO2 və kalsium karbonatların çökməsi zamanı əmələ gəlir. Bentonit gillərinin bütün iri yataqları vulkan külləri və tuflarının sualtı pozulması yolu ilə əmələ gəlmişdir (Blek-Xils, Sanders-Defayans, ABŞ, Qumbri-Gürcüstan; Keles-Qazaxıstan və b.). Bentonit yerli adları: askanit, gilabı, qumbrin, gil. Sinonim: Bentonit gili.
Bentonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Xüsusiyyətləri | |
Sıxlıq | 0,8195 ± 0,06 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Təbii bentonitin yatağı Qafqazda, Qazaxıstanda və Çerkask vilayətindədir. Bentonitin əsas istehsalçıları: Rusiya, Yunanıstan, Azərbaycan, Yaponiya, İtaliya, Argentina, İspaniya və Türkiyədir.
Bentonit açıq sarı rəngdədir. Formulu: Al2[Si4O10](ОH)2•nH2О Sıxlığı 0,760–0,879 q/sm3 Təbii gilli mineraldır, tərkibindəki hidroalümosilikat hidratlaşma nəticəsində 14–16 dəfə şişmə qabiliyyətinə malikdir. Su mühitində sıxlaşmış gel yaranır. Bu xassə , onun tərkibinə suyun daxil olmasının qarşısını alır, həmçinin qeyri-toksiklikyi, kimyəvi cəhətdən möhkəmliyi onun sənaye istehsalında, tikinti və digər bir çox tətbiq sahələrində istifadə edilməsinə səbəb olur.. Təbii yataq bentonitləri adətən 6–9,5 pH –a malikdir (1 saat soyuduqdan sonra 5% sulu süspenziya üçün) və eyni zamanda tərkibində 2% natrium karbonat vardır; tərkibində olmasından aslı olaraq natrium və kalsiumun ümumi miqdarı 80 me / 100 g-dan çox olmamaqdadır.
Bentonitlərin iki növü var:
Bentonit yeyinti sənayesində , qazma məhlullarının hazırlanmasında, tökmədə, neft məhsulları və dəmir filizlərinin emalında, keramika istehsalında, işlənmiş sintetik və yarım sintetik yağların təmizlənməsində adsorbent kimi istifadə olunur. Bentonitin əsas komponenti (60–70%) olan montmorillonit neft-qaz, qida, kosmetik, formoloji və tikinti sənayesində geniş istifadə edilir. Bentonitdən həmçinin suda yaşayan canlı orqanizmlərin ev şəraitində saxlanılması üçün akvariumların dekorlaşdırılmasında tətbiq edilir. Bentonit bioloji cəhətdən aktiv bir maddədir, , heyvan yemlərinə və torpaqda gübrəyə əlavə edilir ki, bu da heyvanların məhsuldarlığını və əkinçilik təsərrüfatının məhsuldarlığını artırır.