Aynur İmran

Aynur İmran (tam adı: Aynurə İmran qızı İmranova; 11 noyabr 1976, Zərdab rayonu) — Azərbaycan jurnalistsiyasətçisi.

Aynur İmran
Aynurə İmranova
bayraq
Azərbaycan Ümid Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini
bayraq2
16 iyul 2011[1] – 10 oktyabr 2013[2]
Sədrİqbal Ağazadə
SonrakıRüfət Muradlı[3]
bayraq
Azərbaycan Ümid Partiyası Qadınlar Təşkilatının sədri
bayraq2
28 dekabr 2010[4] – 10 oktyabr 2013
SonrakıSəidə Hüseynova[5]
Şəxsi məlumatlar
Doğum tarixi 11 noyabr 1976(1976-11-11) (48 yaş)
Doğum yeri
Partiya
Təhsili Bakı Siyasi İdarəetmə və Politologiya İnstitutu
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti jurnalist, siyasətçi
Elmi fəaliyyəti
Tanınır jurnalist
Azərbaycan Ümid Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini (2011-2013)[7]
Azərbaycan Ümid Partiyası Qadınlar Təşkilatının sədri (2010-2013)[8]

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Aynur İmran 11 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Zərdab rayonunda ziyalı ailəsində anadan olub. 1982-1993 cü illərdə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 nömrəli məktəbini bitirən Aynur İmran 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr, 2010-2012-ci illərdə isə magitsr dərəcəsinə yiyələnmişdir.

2012-2013 illərində Avropa Şurasının mərkəzi Fransanın Strasburq şəhərində yerləşən Siyasi biliklər Məktəbindən də məzun olub.

2021-ci ildə QS Runkihg siyahısında Rusyanın ilk 300-ə daxil olan yeganə universiteti Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə haqq qazanıb. Hal-hazırda təhsilini davam etdirir.

Jurnalistika fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fəaliyyətə 1994-cü ildə "Müxalifət" qəzetinin jurnalisti kimi başlayıb. "Cümhuriyyət" qəzetində, ANS ÇM radiosunda, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində , Azad Azərbaycan Televiziyasında jurnalist və redaktor fəaliyyətində olub. 2010–2013-cü illərdə inetrnet televiziyası olan Kanal 13-də siyasi debatlardan ibarət olan "Aktual" proqramını aparmağa başlayıb.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1993-cü ildən 2003-cü ilə qədər Müsavat Partiyasının sıralarında fəaliyyət göstərib. 2010-cu ildə Ümid Partiyasına üzv olub, onun Qadınlar təşkilatının sədri seçilib. 2011-ci ildə artıq Ümid Partiyasının sədr müavini təyin edilib. 2013-cü ildə oktyabrında Ümid Partiyası sıralarından istefa verib.[9] 2014-cü ildə Respublikaçı Alternativ Hərəkatına üzv olmuşdur.[10]

2012-ci ildə Demokratiya və Medianın inkişafına Dəstək İctimai Birliyini təsis edir və jurnalistlərin hüquqlarının müdafiə sahəsində, onların bilik və bacarıqlarının artırılması sahəsində fəaliyyət aparmağa başlayır.

İstanbul Esenyurt Universitetində çalışan Aynur İmran Yeni Yüzyıl Universiteti Beynəlxalq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Aynur İmran hal-hazırda Yeni Birlik qəzetində köşə yazarıdır.[11]

Elmi araşdırmaları

[redaktə | mənbəni redaktə et]

Aynurə İmranova "Terror: müasir dünyanın həll edilməyən problemi" adlı kitabın müəllifidir. Yerli və beynəlxalq mətbuatda etnosiyasi münaqişələr mövzusunda məqalələrlə çıxış edir.

Müxtəlif dillərdən məqalələrin tərcümələri ilə məşğul olur, 2 kitabın türk dilindən çevirmənin müəllifidir.

  1. "Ümid Partiyasında yeni sədr müavini kimdir?". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  2. "Ümid Partiyasından istefalar başladı". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  3. "İqbal Ağazadə sərəncam verdi". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  4. "Jurnalist xanım ümid Partiyasında vəzifə aldı". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  5. "Ümid Partiyası Qadınlar Təşkilatına yeni sədr seçildi". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  6. "Ümid Partiyasında yeni sədr müavini kimdir?". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  7. "Jurnalist xanım ümid Partiyasında vəzifə aldı". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  8. "İqbal Ağazadə sərəncam verdi". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  9. "Ümid Partiyasının sabiq sədr müavini "ReAL"a keçdi". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  10. "Ümid Partiyasının sabiq sədr müavini "ReAL"a keçdi". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  11. "Aynur İMRAN/Tüm Yazıları" (türk). https://gazetebirlik.com. 16 aprel 2024. Archived from the original on 2024-06-05. İstifadə tarixi: 5 iyn 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]