Ayova (qəbilə)

Ayova (ing. Iowa, özlərini Bah-Kho-Je adlandırırlar) — "civere" qrupuna daxil olan, cənub-qərb siyudilli hindu qəbilələrindən biridir. Ayova qəbiləsi "Baxoje" qəbiləsi kimi də tanınır.[2]

Ayova
Ümumi sayı
1451 (2000-ci il.)[1]
Yaşadığı ərazilər
Oklahoma
Kanzas
Dili

ingilis, civere

Dini

Xristianlıq, animizm

Qohum xalqlar

siu

1844-cü ilin qravürası. Ayova qəbiləsinin insanları.

Onların adının Sioux ayuhwa ("yuxulu olanlar") sözundən gəldiyi deyilir. Erkən Avropa tədqiqatçıları çox vaxt tayfa adlarını başqa tayfaların onlara verdiyi etnonimlərdən götürürdülər. Bu təqdiqatçılar, bu adların xalqların özlərini adlandırdıqlarından fərqli olduğunu başa düşmurdulər. Beləliklə, ayuhwa sözu Ayova qəbiləsinə məxsus deyil. Bu söz Dakota ayuxbe dilindən gəlir.[3] Xalqın özunu adlandırması isə, "boz qar" kimi tərcümə olunan "Baxoje" adıdır.[2] Baxoje səhv olaraq "tozlu üzlər" və ya "tozlu burun" kimi də tərcümə edilmişdir.

Ayova qəbiləsinin əvvəllər Böyük Göllər bölgəsində yaxadığı, sonra indiki Ayova şatatına köçdükləri ehtimal edilir. 16-cı əsrdə onlar Missisipi çayından Böyük Düzənliklərə köçdülər və ola bilsin ki, sonra Ho-Chunk qəbiləsindən ayrıldılar. 15–18-ci əsrlərdə onlar Qırmızı Boru Daşı Ocağında (Minnesota) yaşamışlar.

Ayovadan bəhs edən ilk avropalı 1676-cı ildə Vinnebaqo kəndində onlarla görüşən Cizvit Lui André idi. Daha sonra, 1685–1686-cı illərdə Nikolas Perro onlarla ticarət etdi.

Bu müddət ərzində və sonrakı yarım əsr ərzində onlar Siouxlarla müttəfiq oldular və İllinoys, Tülkülər, Potavatomi, Sauks, Mayamis, Kickapoos və Pianquishos'a qarşı vuruşdular. Sioux ilə ittifaq sonradan dağıldı. 18-ci əsrdə Ayova ştatı fransızlarla ingilislər, daha sonra isə ingilislərlə amerikalılar arasında gedən müharibələrdə iştirak edirdi.

Əvvəllər Ayova kəndləri Missuri ştatında Platte çayının üstündə yerləşirdi, lakin 1804-cü ilə qədər onlar Platte üzərində yalnız bir kəndi işğal etdilər. Orada 200 döyüşçü də daxil olmaqla 800 nəfər yaşayırdı. Ayovalar Sent-Luis xalqı ilə Platte və Grand Nemaha çaylarındakı ticarət məntəqələrində və kəndlərində qunduz, su samuru, yenot, maral və ayı dəriləri ilə ticarət edirdilər. Qarğıdalı, lobya və digər məhsullar yetişdirirdilər.

1812-ci il Müharibəsi ilə qəbilənin 1837-ci ildə rezervasiyaya köçürülməsi arasındakı dövr Ayovalar üçün ingilislərlə keçmiş dostluqlarına görə çətin bir dövr idi. Bundan əlavə, onlar tez-tez Sioux, Sauk və Fox qəbilələri tərəfindən hücuma məruz qalırdılar. 1812-ci il müharibəsi başa çatdıqdan sonra ABŞ hökuməti Missuri çayının aşağı sahili boyunca Ayova torpaqlarını veteranların ixtiyarına verdi. Ayova ştatları onların yaşayış məntəqələrinə dinc niyyətlə yaxınlaşsalar belə, ağdərililər etiraz edirdilər. Ağdərililər onlara yaxın olmaqdan qorxur və onları məhv etmək arzusunu gizlətmirdilər.

1824-cü ildə Ayovalılar Missuridəki bütün torpaqlarını verdilər və 1836-cı ildə onlara Kanzasın şimal-şərqində rezervasiya təyin edildi, qəbilənin bir hissəsi sonradan Oklahoma mərkəzinə köçdü.

1840-cı ildə bir neçə Ayovalı Vaşinqtona səyahət etdi, oradan bəziləri Avropaya (Böyük Britaniya və Fransa) getdi, burada Corc Katlinin rəhbərliyi altında ictimaiyyət üçün rəqslər və mərasimlər etdilər. Gənc döyüşçülər 1850-ci illərin sonlarına qədər Omaha və Pawnee-yə hücum edərək rezervasiyanı tərk etməyə davam etdilər. Vətəndaş Müharibəsi zamanı 46 Ayovalı Şimal Ordusu üçün kəşfiyyatçı kimi xidmət etdi. Daha sonra, 1890-cı ildə razılaşmaya əsasən, qəbilə rezervasiyası Ayova mülkiyyətinə verilmiş paylara bölündü və artıq torpaqlar ağ köçkünlərə verildi.

Bəyaz bulud — 1844–1845-ci illərdə ayova qəbiləsinin başçısı
1844–1845-ci illərdə qəbilənin şamanı. Vaşinqton milli qalereyası
  1. "American Indian And Alaska Native Tribes in the US: 2000". 2018-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
  2. 1 2 May, John D. "Iowa". The Encyclopedia of Oklahoma History and Culture (ingilis). 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2023.
  3. "Koontz, John E. (2004) Contribution to Siouan listserv thread "(O)maha" (24 March)" (ingilis). 24 yanvar 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2023.