Ayrşir qaramalı

Ayrşir inəyi.

Ayrşir qaramalı (ing. Ayrshire cattle) — südlük qaramal cinsi.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Rəngi ala-qırmızıdır. İnəklərin diri çəkisi 450–500 kiloqram, buğalarınkı 650–750 kiloqram olur. İldə 3500–4000 kiloqram süd verir, lakin bəzilərində buu rəqəm 10 min kiloqramdan çoxdur. Südün yağlılığı 4–4,5%-dir. [1]

Tarixi[redaktə | mənbəni redaktə et]

XVIII əsrdə Şotlandiyanın Ayrşir qraflığında yerli heyvanları Hollandiya və Şorthorn cinsləri ilə yaxşılaşdırmaq yolu ilə yetirdirilmişdir. Kanada, ABŞ, FinlandiyaAvstraliyada geniş yayılmışdır. Rusiyada Moskva, Novqorod, KalininqradKursk vilayətlərində, həmçinin Kareliyada saxlanılır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Ајршир гарамалы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 197.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Айрширская порода / Н. И. Стрекозов, В. И. Сельцов // А — Анкетирование. — М. : Большая российская энциклопедия, 2005. — С. 316. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 1). — ISBN 5-85270-329-X.
  • Дмитриев, Николай Григорьевич. Айрширский скот. — 2-е изд., перераб. и доп.. — Л.: Колос. Ленингр. отд-ние, 1982. — 272 с.
  • Турлюн, Виктор Иванович. Продуктивные и биологические особенности айрширского скота в Краснодарском крае : диссертация кандидата сельскохозяйственных наук : 06.02.10 / Место защиты: Кубан. гос. аграр. ун-т. — Краснодар, 2010. — 153 с.