Ayrenatirutyun günü

Sevr müqaviləsi ilə təklif edilmiş Türkiyənin bölünməsi planı. Açıq sarı rəngdə Türkiyəyə qalan ərazini göstərilmişdir. Tünd sarı – Kürdüstan ərazisi, mavi – Ermənistana verilən ərazi, göy – Yunanıstana verilən ərazini göstərir. Kölgəli verilmiş ərazilər Birləşmiş Krallığın (qırmızı), Fransanın (yasəmən) və İtaliyanın (yaşıl) təsir zonalarını və boğazların beynəlxalq silahsızlaşdırılmış zonasını göstərir.

Ayrenatirutyun günüBirinci Dünya müharibəsindən sonra Sevr müqaviləsi ilə Osmanlının şərqindəki "Qərbi Ermənistan" adlanan ərazinin Ermənistana verilməsi ilə əlaqədar təklif olunan bayram. 7 oktyabr 2009-cu ildə Ermənistan Respublikasının Milli Məclisinin iclasında Daşnaksütyun Partiyasının bir sıra deputatları və "İrs" Partiyasının rəhbəri Styopa Səfəryan tərəfindən təklif edilən qanun layihəsinə əsasən, 22 noyabr tarixi "Ayrenatirutyun günü" elan edilməli idi. Qanun layihəsinin müəllifləri Artsvik Minasyan, Styopa Səfəryan, Artyuş Şahbazyan, Vaqan Ovannisyan, Qaqik Gevorqyan, Ara Nranyan, Lilit Qalstyan, Ruzanna Arakelyan, Arayik Qriqoryan olmuşdur. 11 noyabr 2009-cu ildə Ermənistan hökuməti rəsmi olaraq bəyan etmi.dir ki, hazırda bu qanun layihəsinin qəbulu məqsədəuyğun deyil. Nəticədə qanun layihəsi qəbul edilməmişdir.[1]

Bundan sonra 2 aprel 2010-cu ildə Ermənistan Respublikasının Milli Məclisinin Daimi Komitəsinin iclasında Daşnaksütyun Partiyasının deputatları ikinci dəfə olaraq "Bayramlar və yaddaqalan günlər haqqında" Ermənistan Respublikasının Qanununa əsasən 22 noyabr tarixinin rəsmi şəkildə "Ayrenatirutyun günü" elan edilməsini təklif etmişdilər.[2] Bununla belə, 6 apreldə bu qanun layihəsi də lehinə 26 səs, əleyhinə 58 səs və bitərəf 6 səslə Ermənistan Respublikasının Milli Məclisi tərəfindən yenidən rədd edilmişdir.[3][4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Правительство не считает целесообразным установление 22 ноября Днём айренатирутюна Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine  (erm.)
  2. "ԱԺ մշտական հանձնաժողովների նիստեր, 02.04.2010". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  3. "ՀՀ Ազգային ժողովի 4-րդ գումարման 7-րդ նստաշրջան, սղագրություն-N 13". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  4. "Цитата N 4/7 стенограммы заседания постоянного комитета по государственно-правовым вопросам Национального собрания Армении". 2017-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.