Ermənistan Demokratik Respublikası

Ermənistan Demokratik Respublikası (erm. Հայաստանի Դեմոկրատական Հանրապետություն), bəzi mənbələrdə İlk Ermənistan Respublikası və ya Ararat Respublikası — 1918–1920-ci illərdə mövcud olmuş erməni dövləti. Ermənistan Demokratik Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra Daşnaksütun təşkilatının liderləri tərəfindən yaradılmışdır. Ermənistan Demokratik Respublikası fəaliyyət göstərdiyi 2 il ərzində, daim öz ərazilərini qonşu dövlətlərin ərazisini qəsb yolu ilə genişləndirmək siyasəti yürütmüşdür. Bu respublika yarandığı gündən süqut etdiyi günə kimi demək olar ki, bütün qonşularına qarşı torpaq iddiaları ilə çıxış edirdi. Ərazi iddialarının nəticəsi olaraq mövcud olduğu iki il ərzində Ermənistan qonşuları olan Azərbaycan, TürkiyəGürcüstan ilə hərbi münaqişələr yaşamışdır. 29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvan şəhərinə daxil olması ilə Ermənistan Demokratik Respublikasının fəaliyyətinə son qoyulmuşdur.

Demokratik Respublika
Ermənistan Demokratik Respublikası
Հայաստանի Դեմոկրատական Հանրապետություն
Bayraq Gerb
Bayraq Gerb
Ermənistan dövlət himni
 
 
 
 

Paytaxt İrəvan
Dilləri erməni dili
Rəsmi dilləri Erməni dili
Dövlət dini Erməni Həvari kilsəsi
Valyuta Ermənistan rublu
Ərazisi 70 000 km²[1]
Əhalisi 900.000 +
İdarəetmə forması parlamentli respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1918–1920-ci illərdə ilk Ermənistan Respublikasının iddia etdiyi ərazilər.
Ermənistan Demokratik Respublikası hökumətinin yerləşdiyi bina (İrəvan şəhəri)
  1. Chiclet Christophe, Turkey Today: A European Country http://books.google.com/books/about/Turkey_Today.html Arxivləşdirilib 2023-07-10 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Délégation de la République arménienne à la Conférence de la. Paix (1920)
  • Армянская республика
  • Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" (az.)). azerbaijan-news.az. 2014-10-14. 2015-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
  • Vasif Qafarov. Ermənistanın təşəkkülü və İrəvanın ermənilərə verilməsi məsələsi. [ölü keçid] 3 hissədə. Respublika qəzeti. 2 [ölü keçid], 5 [ölü keçid]8 [ölü keçid] iyun 2019-cu il tarixli buraxılışlarda.