Aysor Demokratik Partiyası


Aysor Demokratik Partiyası (klass. süry. ܓܒܐ ܐܬܘܪܝܐ ܕܝܡܘܩܪܛܝܐ, ərəb. الحزب الآشوري الديمقراطي‎) — Suriyada fəal olan, ənənəvi olaraq Xabur vadisinin aysorlarının maraqlarını təmsil edən siyasi partiya. Suriyada demokratiyanın sülh yolu ilə həyata keçirilməsini hədəfləməsinə baxmayaraq, partiya 1990-cı illərdən bəri ümumiyyətlə BƏƏS hökumətinin tərəfində olmuş və onunla əməkdaşlıq etmişdir.[1] Suriyada vətəndaş müharibəsi zamanı Aysor Demokratik Partiyası Xabur MühafizəçiləriNatturə ilə sıx əlaqədə olmuşdur.[2]

Aysor Demokratik Partiyası
Quruluş tarixi 1978
Baş qərargah
Saytı gabbaadp.com

Aysor Demokratik Partiyası rəsmi olaraq tərəfkeşliyi rədd edir və Suriyada demokratiyanın sülh yolu ilə həyata keçirilməsini dəstəkləyir.[1][3] İdeoloji cəhətdən sosial-demokratdır.[4] Buna baxmayaraq, partiya 1990-cı illərdən bəri ümumiyyətlə BƏƏS hökumətinin tərəfində olmuş, onunla əməkdaşlıq edib və vətəndaş müharibəsində hökumətyönlü milisləri dəstəkləmişdir.[1]

  1. 1 2 3 Aymenn Al-Tamimi. "Christian Militia and Political Dynamics in Syria". Syria Comment. 23 February 2014. 11 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2017.
  2. "Assyrians seek self-management in Hasaka over deal with PYD". Zaman al-Wasl. 13 April 2017. 19 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2017.
  3. Hourani, Hanna, (2018)
  4. "Who's who in Syria?". Al-Araby Al-Jadeed. 27 July 2018. 11 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2019.