Xabur Mühafizəçiləri (süry. ܡܘܬܒܐ ܕܢܛܘܪ̈ܐ ܕܚܒܘܪ; ərəb. مجلس حرس الخابور الآشوري) — Suriyada aysor milisi. Əl-Həsəkə mühafəzəsinin şimal-qərbində aysorların çoxluq təşkil etdiyi Xabur vadisində Suriya hökumətinin nəzarətinin dağılmasından sonra yaradılmışdır. Milis yerli aysorlardan ibarətdir və bir neçə aysor yaşayış məntəqəsində, xüsusən də Təll-Təmrdə nəzarət-buraxılış məntəqələri saxlayır. O, əvvəlcə müstəqil qüvvə kimi yaradılmışdı, lakin indi kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə bağlıdır. Rəsmi olaraq bitərəf olsalar da, Xabur Mühafizəçiləri de-fakto Aysor Demokratik Partiyasına bağlıdır.[1]
Xabur Mühafizəçiləri | |
---|---|
Yaranma tarixi | 2013 |