Aizu Universiteti — Yaponiyanın Fukuşima prefekturasının Aizuvakamatsu şəhərində dövlət universiteti. Universitet kompüter mühəndisliyi və ingilis dilinin tədrisi üzrə ixtisaslaşıb.
Ayzu Universiteti | |
---|---|
37°31′25″ şm. e. 139°56′19″ ş. u.HGYO | |
Əsası qoyulub | 1993 |
Tələbə sayı | 1.371[1][2] |
Ölkə | |
Sayt |
u-aizu.ac.jp u-aizu.ac.jp/en/ |
Vikianbarda əlaqəli mediafayllar |
Aizu Universiteti 1993-cü ildə Yaponiyada kompüter elmləri və mühəndislik üzrə ixtisaslaşan ilk universitet olaraq, geniş tətbiqlərə malik yüksək perspektivli bir elm sahəsi kimi təsis edilmişdir.[3]
Universitet bakalavr və magistratura səviyyələrində kompüter elmləri, həm aparat, həm də proqram təminatı sahəsində təhsil üzrə ixtisaslaşmışdır.
Tələbələrin 24 saat kompüterdən istifadə etmək imkanı var. Bundan əlavə, kompüterlər 3 ildən bir dəyişdirilir, buna görə də mövcud olan kompüter avadanlığı həmişə ən son texnologiya ilə yenilənir.
Kompüter elmləri ilə yanaşı, ingilis dilinin tədrisi də Aizu Universitetinin mühüm aspektidir. Universitet rəsmi olaraq 2 dillidir və bütün rəsmi görüşlər və yazışmalar tərcümə olunur. Professorların təxminən 40% xaricdən — Vyetnam, Hindistan, Cənubi Koreya, Kanada, ABŞ, Rusiya və Çin kimi ölkələrdən gəlir. Çoxmillətçiliyin bu səviyyəsi universitetin ən fərqli xüsusiyyətlərindən biridir.[3]
Universitetdə bir çox kompüter elmləri kursları ingilis dilində tədris olunur. Tələbələr ingilis dilində Diplom işi yazmalıdılar. Xarici tələbələr universitetdə magistratura və doktorantura pillələrində təhsil alırlar.
Universitet 12 təhsil sahəsi təklif edir:
Kurslar bakalavr və magistr tələbələri üçün mövcuddur.
Yarandığı gündən universitet qloballaşma, Kosmik informatika, Biznes innovasiyası və s. mərkəzlər yaratmışdır.[4] Aizu Universiteti dünyanın 25 ölkə və regionunda 100 universitet və tədqiqat institutu ilə əməkdaşlıq edir.
Universitet Fukusimanın Aizu-Vakamatsu şəhərində 20 hektarlıq kampusda yerləşir. Kampusda tələbə yataqxanaları, idman və üzgüçülük kompleksləri, həmçinin çoxsaylı oyun meydançaları var.