İnnovasiya (ing. innovation, lat. innovato — yenilənmə, yaxşılaşma, təkmilləşmə deməkdir) — yüksək səmərəlilik və tərəqqi məqsədilə yeniliyin tətbiqi, başqa sözlə insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsinin və ya təkmilləşdirilmiş halının cəmiyyətə təqdim edilməsi.[1]
Müasir dövrdə innovasiyanın kateqoriyalaşdırılması və onun dərəcələrinin müəyyənləşdirilməsi "İnnovasiya matris"i əsasında həyata keçirilir. Mahiyyət etibarı ilə 4 sektordan (sırası ilə İnqilabi, Dəstəkləyici, Bəsit və Dağıdıcı İnnovasiya) ibarət olan matris innovasiyaya zərurət duyulan sahə ilə bu zərurəti şərtləndirən problem arasındakı əlaqəni tədqiq edir. İnnovasiya kortəbii bir proses olmadığından, onun labüdlüyünün ölçülməsi və mümkün nəticələrinin səmərəlilik baxımından qiymətləndirilməsi nəticə etibarilə müvəffəqiyyət üçün müstəsna əhəmiyyət kəsb edir.[2]
İqtisadi proseslərə innovasiyanın elmi cəhətdən inteqrasiyası avstriyalı iqtisadçı Yozef Şumpeterin "İqtisadi inkişaf nəzəriyyəsi" (1911) kitabı ilə başlayaraq sonrakı dövrlərdə bir qisim müfəssəl tədqiqatlar əsasında daha da geniş vüsət aldı. Qeyd edilən əsərdə təqdim edilən "Kreativ destruksiya" yaxud "Şumpeter fırtınası" anlayışı, iqtisadi quruluşu fasiləsiz olaraq daxildən dəyişdirən, davamlı olaraq sistemdə mövcud olan köhnə elementi dağıdarkən yenisini formalaşdıran transformasiya prosesini ifadə edir.[2]
İlk dəfə innovasiya termini Amerika iqtisadçısı Yozef Şumpeterin (1883–1950) 1912-ci ildə yazdığı "İqtisadi inkişaf nəzəriyyəsi" əsəri ilə dövriyyəyə çıxarılmışdır. İnnovasiya anlayışı ixtira və kəşf terminlərindən fərqlənir. Burada ümumiliklər qədər də yetərli müxtəlifliklər vardır. Kəşf və ixtira əvvəllər mövcud və ictimaiyyət üçün aşkar olmayan, kardinal və inqilabi mexanizmləri ifadə edərək yeni fundamental həqiqətlərin təsdiqinə əsaslanır.
Geniş mənada innovasiya elmi-texniki, intellektual potensialı səfərbər edərək, səmərəliliyi və digər iqtisadi fərqlənmələrə nail olmanı əhatə edən tədbirlər sistemidir. Texnologiya istehsalı sferasında və idarəetmədə yeniliyi ifadə edən latın mənşəli isim kimi innovasiya yeniləşmə mənasında şərh olunur. Məqsədyönlü, dəqiqləşdirilmiş, kollektiv nəticənin məhsulu olaraq innovasiyanın məramı daha çox praktiki tətbiq səciyyəlidir, iqtisadi inkişafın ölçüsü artdıqca innovasiya anayışı daha məzmunlu əhəmiyyət kəsb edir. İnnovasiya əvvəllər yalnız texnologiya sferası ilə məhdudlaşırdısa, müasir zamanda o, istehsal idarəetməsinin təşkilati metodlarını da əhatə dairəsinə qatmışdır.
Müvəffəqiyyətli innovasiyanın 5 əsas mərhələsi aşağıdakılardır:
Amillər qrupu | İnnovasiya fəaliyyətinə mane olan amillər | İnnovasiya fəaliyyətinə rəvac
verən amillər |
---|---|---|
İqtisadi, texnoloji | İnnovasiya layihələrinin m aliyyələşdirilm əsi üçün vəsaitin kifayət etməməsi, maddi və elmi-texniki bazanın zəifliyi, ehtiyat güclərin olmaması, cari istehsal maraqlarının dom inantlığı | Maliyyə və maddi-texniki vasitələr ehtiyatı, mütərəqqi texnologiyalar, vacib təsərrüfat və elmi-texniki infrastrukturun mövcudluğu |
Siyasi, hüquqi | Antiinhisar, vergi, amortizasiya, patent-lisenziya qanunvericiliyi tərəfindən məhdudiyyətlər | İnnovasiya fəaliyyətini dəstəkləyən qanunvericilik tədbirləri (xüsusən, güzəştlər), innovasiyaya dövlət dəstəyi |
Sosial psixoloji, mədəni | Əməkdaşların statusunun dəyişilməsi, yeni iş yerlərinin axtarılmasının vacibliyi, işin yenidənqurulması, köhnəlmiş fəaliyyət üsullarının yenidənqurulması, mövcud stereotiplərin dəyişdirilməsi, qeyri-müəyyənlik qorxusu, uğursuzluğa görə cəzadan qorxma kimi dəyişikliklərə müqavimət | İnnovasiya prosesinin iştirakçılarının mənəvi dəstəklənməsi, ictimai məşhurluq, özünü reallaşdırma imkanlarının yaradılması, əmək kollektivində normal psixoloji mühit |
Təşkilati idarəetmə | Şirkətin köhnə idarəetmə strukturu, həddən artıq mərkəzləşdirmə, avtoritar idarəetmə üsulu, şaquli informasiya axınının üstünlüyü, təşkilati qapalılıq, sahələrarası və təşkilatlararası əlaqələrin çətinliyi, sərt planlaşdırma, mövcud bazarlara istiqamətlənmə, innovasiya prosesi iştirakçılarının maraqlarının əlaqələndirilməsində çətinlik | Təşkilati strukturların çevikliyi, demokratik idarəetmə üsulu, üfüqi informasiya axınının üstünlüyü, özünü idarəetmə, əks mərkəzləşdirmə, muxtariyyət, məqsədli işçi qruplarının yaradılması[4] |