Azər Canbaxış oğlu Abdullayev (25 fevral 1929, Bakı – 18 iyun 2010, Bakı) — Azərbaycan-sovet qoboyçalanı, elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar artisti (2008).
Azər Abdullayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 fevral 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyun 2010 (81 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, qoboyçalan |
Fəaliyyət illəri | 1952–2010 |
Janr | klassik musiqi |
Musiqi aləti | qoboy |
Təhsili | |
Elmi dərəcəsi |
|
Mükafatları |
Azər Canbaxış oğlu Abdullayev 25 fevral 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. O, 1947-ci ildə omusiqi məktəbini bitirib Bakı Konservatoriyasının orkestr fakültəsində qatılmışdır. Abdullayev 1950-ci ildə Moskva Konservatoriyasına göndərilmiş, 1952-ci ildə isə oradan məzun olmuşdur. Abdullayev həmin il Azərbaycan Dövlət Akademik Opera Simfonik Orkestri və Balet Teatrının solisti olmuşdur. 1959–2006-cı illərdə Azərbaycan Konservatoriyasının səs alətləri kafedrasında dərs keçmişdir (1962-ci ildən baş müəllim, 1968-ci ildən dosent, 1978-ci ildən professor, 1965–1992-ci illərdə kafedranın müdiri).[1] Buna əlavə olaraq, Abdullayev 1963–1971-ci illərdə Bakı Musiqi Kollecinin direktoru olmuşdur.[2]
Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijorlar Rauf Abdullayevin və Kamal Abdullayevin qardaşıdır.[3]