Qarağac (Qubadlı)

QarağacAzərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Sarıyataq kənd Sovetinin Qarağac kəndi Qaracallı kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Qarağac
39°23′40″ şm. e. 46°38′54″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qarağac xəritədə
Qarağac
Qarağac

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qarağac kəndi mahalın bir hissəsi olmuşdur.[2] Kürdüstan qəzası ləğv edildikdən sonra Qarağac Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[3]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[4] Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[5]

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  3. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  4. Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  5. Кавказский календарь на 1856 год (rus). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1856. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]