Azər Mirzəyev (aktyor)

Mirzəyev Azər Əlibala oğlu (12 may 1952, Zərdab rayonu19 iyul 2014, Bakı) — teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti.

Azər Mirzəyev
Azər Əlibala oğlu Mirzəyev
"Seans" verilişindən kadr
"Seans" verilişindən kadr
Doğum tarixi
Doğum yeri Zərdab rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması[1]
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998

Həyatı[redaktə | mənbəni redaktə et]

Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. O vaxtdan ömrünün sonuna qədər bu tetrda çalışıb.

19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Sabirabad rayonunda dəfn edilmişdir[2].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Nekroloq (film, 2001)
  2. Qeybdən gələn səs (film, 2002)
  3. Yaşıl eynəkli adam-3 (film, 2002)-Rəis
  4. Dəvətnamə (film, 2003)
  5. Yol yoldaşları (film, 2003)
  6. Mükafat (film, 2004)
  7. Böyük ömrün davamı (film, 2007)
  8. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  9. Sübhün səfiri (film, 2012)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Aktyor Azer Mirzeyev Vefat Etdi". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.
  2. "Aktyor Azər Mirzəyev vəfat etdi - YENİLƏNİB - FOTO". Milli.az (az.). news.milli.az. 10:55, 19 iyul 2014. 2015-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]