Mürafiə vəkillərinin hekayəti (film, 2011)

Mürafiə vəkillərinin hekayəti — Rejissor Ramiz Həsənoğlunun filmi.[1]

Mürafiə vəkillərinin hekayəti
Janr komediya
Rejissor Ramiz Həsənoğlu
Əsərin müəllifi Mirzə Fətəli Axundzadə
Ssenari müəllifləri İlham Rəhimli
Ramiz Həsənoğlu
Baş rollarda Ramiz Əzizbəyli
Dilarə Əliyeva
Dəniz Tacəddin
Operator Eldar Məmmədov
Bəstəkar Ramiz Mirişli
Rəssam Rafael Əsədov
İstehsalçı Azərbaycan Televiziyası
İlk baxış tarixi 4 noyabr 2011, Azərbaycan Televiziyası
Filmin digər adları Mürafiə vəkilləri
Filmin növü tammetrajlı televiziya tamaşası
Müddət 98 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2011
Rəng rəngli

Hacı Qafur təbrizli varlı tacirdir. O öldüyü təqdirdə vəsiyyətində var-dövlətinin bacısı Səkinə xanıma çatacağını bildirir. Onun siğə arvadı Zeynəb isə bununla razılaşmır və adə keçən var-dövlətə yiyələnmək məqsədilə məhkəməyə şikayət edir. Bu məsələdə Zeynəbi müdafiə edən vəkil Ağa Mərdan Halvaçı oğlu rüşvətə baş vuraraq yalançı şahidlər tutur. Vəkil yalançı şahidlər tutaraq sübut etmək istəyir ki, Hacı Qafurun Zeynəbdən 7 aylıq oğlu var. Amma məhkəmə sona çatanda yalan üzə çıxır. Film Səkinə xanımın qələbəsi ilə sona yetir.

Film görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında çəkilmişdir.[2]

İki hissədən ibarətdir.

Film-tamaşa Azərbaycan Respublikası prezidenti İlham Əliyevin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" 13 aprel 2010-cu il tarixli sərəncamı əsasında çəkilib.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Mirzə Fətəli Axundzadə
Ssenari müəllifləri: İlham Rəhimli, Ramiz Həsənoğlu
Quruluşçu rejissor: Ramiz Həsənoğlu
Quruluşçu operator: Eldar Məmmədov
Quruluşçu rəssam: Rafael Əsədov
Bəstəkar: Ramiz Mirişli
Mahnıların mətni: Fikrət Qoca
Rejissor: Teymur Quliyev
Səs rejissorları: Rəşad Əflatunoğlu, Vaqif İmanquliyev
Geyim üzrə rəssam: Rəfail Əlizadə
Montaj: Həsən Quliyev
Rejissor qrupu: Elnurə Kazımova, Sərxan Əhmədov, Bəhram Yaqublu
Operatorlar: Elşən Rzayev, Qədir Hüseynov
Musiqi rəhbəri: Firudin Allahverdi
Mahnıların ifası: Heydər Anatollu
Redaktor: İlham Alışanov
Bədii tərtibat kompleksi: İ.Cabbarov, M.Hüseynov, Fərhad Mayılov (F.Mayılov kimi)
Kostyumların tikilişi: R.Əliyeva
Kostyumer: İradə Həyatova (İ.Həyatova kimi)
Qrim ustaları: İ.Gülbabayeva, Z.Cəfərova
Dekorçu rəssamlar: S.İbrahimov, Rəşad Məlikov (R.Məlikov kimi), Əliağa Xəlilov (Ə.Xəlilov kimi), E.İmanov, A.Vəliyev
Dekorların quruluşu: R.Babayev, R.Səfərov, Ş.Həsənov, Z.Ağacamalov, V.Məhərrəmov, A.İsmayılov, E.Cəfərov, E.Tağıyev
Əlbəsəçilər: N.Qurbanəliyev, E.Ağabəyov, V.Məmmədov, Ş.Aslanova, M.Ramazanova
ASB sexinin rəisi: V. Baxşıyev
Videomühəndislər: El.Baxşəliyev, Em.Baxşəliyev
Səs operatoru: M.Məhərrəmov
İşıqçılar: M.Əhmədov, A.İslamzadə, F.Zaidov
İnzibatçılar: S.Orucov, F.Baxşəliyeva, M.Dadaşova
Direktor: Mirzə Əliyev
Ramiz Əzizbəyli – Ağa Mərdan
Dilarə Əliyeva – Zeynəb
Dəniz Tacəddin – Səkinə xanım
Səyyar Rüstəmov – Əziz bəy
Məhərrəm Bədirzadə – Ağa Kərim
Loğman Kərimov – Ağa Səlman
Tofiq Hüseynov – şəriət hakimi
Azad Şükürov – Ağa Rəhim
Rahib Əliyev – Ağa Cabbar
Ağaxan Salmanov – Ağa Bəşir
Vahid Əliyev – Ağa Səttar
Mətanət Atakişiyeva – Zübeydə
Mətləb Abdullayev – Ağa Həsən
Aslan Şirin – Ağa Abbas
Cəmilə Əzimova – Gülsəba
Elman Rəfiyev – Bədəl
Sərdar Rüstəmov – Qəhrəman
Rəşad Bəxtiyarov – Qaffar
Ceyhun Dadaşov – Nəzər
Azər Mirzəyev – Hacı Rəcəbəli
Şahmar Qəribli – Həpo
Məzahir Cəlilov – Şeyda
Cümşüd Zeynalov – Qurbanəli
Firuz Xudaverdiyev – Hənifə
Elnar Qarayev – fərraşbaşı
Ramin Şıxəliyev – fərraş
Elxan Məmmədov – nökər
Kənan Oruclu – yeddi aylıq tifil
  1. Həsənoğlu, R. "Mürafiə vəkilləri" hazırdır, "Sübhün səfiri"nə isə start verildi: [Xalq artisti, rejissor Ramiz Həsənoğlu ilə eyni adlı filmlər barədə söhbət] //Mədəniyyət.- 2011.- 21 sentyabr.- S. 10.
  2. Aydınoğlu, T. Televiziyanın yeni tamaşası: [AzTV M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə "Mürafiə vəkillərinin hekayəti" pyesi əsasında film-tamaşa hazırlamışdır] //Xalq qəzeti.- 2011.- 12 oktyabr.- S. 8.