Azər Mütəllim oğlu Talıbov — Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin 2017-2020-ci illərdə müavini[1].
Azər Mütəllim oğlu Talıbov | |
---|---|
Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini | |
2017 – 2020 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Moskva şəhəri |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Mütəllim Talıbov |
Azər Talıbov 10 fevral 1979-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub. 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistraturasını bitirib. 2002-ci ilin noyabr ayından 2008-ci ilin iyun ayınadək Rusiya Fedrasiyasının iqtisadi inkişaf və ticarət nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2008-ci ilin iyun ayından 2012-ci ilin iyun ayınadək Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin köməkçisi içləyib. 2012-ci ilin iyun ayından 2013-cü ilin iyul ayınadək Rusiya Federasiyası Prezidenti köməkçisi aparatının rəhbəri işləyib. 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Rusiya Bankı Sədri Katibliyinin rəhbəri işləyib. 28 yanvar 2017-ci ildə Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilib[2]. 2020-ci il may ayından öz ərizəsi ilə bu vəzifədən çıxaraq Roseksimbankın rəhbəri təyin olunmuşdur.[3]