Yığma və klub səviyyəsində keçirilən oyunlar Azərbaycan və Cənubi Koreyanı heç vaxt üz-üzə qoymayıb. Düzdür, Antalya toplanışında olan klublarımız dəfələrlə asiyalılarla yoldaşlıq oyunları keçiriblər. Bu qış "Neftçi", "Olimpik-Şüvəlan" və "Qəbələ" bu ölkədən olan klublarla sınaq matçlarında qüvvələrini sınayıblar. İki ölkə futbolunun təmas nöqtəsi isə Sumqayıt olub. Artıq tarixin yaddaşına köçən "Gənclərbirliyi" hələ birinci dəstədə oynadığı vaxt bu ölkədən iki futbolçu transfer etmişdi. Yun Sare Min və Keun Tae Park 2004-cü ilin qışında ekzotik futbolçular kimi Azərbaycana qədəm basıb qısa müddət Azərbaycanda çıxış etdilər.
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Futbol ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |