Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi

Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və ya "ADEX" — regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradan tədbirdir.[1][2]ADEX sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı "Caspian Event Organisers" şirkətidir[3].

ADEX
ing. Azerbaijan International Defence Exhibition
Loqonun şəkli
Status aktiv
Janr sərgi
Məkan Bakı Ekspo Mərkəzi
Yer Bakı
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 2014
Ən sonuncu 2024
Növbəti 24-26 sentyabr 2024
Təşkilatçı Caspian Event Organisers
Dəstək Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi
adex.az

"ADEX" sərgisi məhsullarınızı birbaşa alıcılar, sifarişçi firmalar, nüfuzlu tövsiyə mənbələri və son istehlakçılar vasitəsi ilə sata biləcəyiniz meydança olmaqla yanaşı, dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik (Homeland Security) məhsullarının təqdim edilməsi üçün ideal platformadır. Həmçinin "ADEX" sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaradır.[4]

Sərgi bölmələri

[redaktə | mənbəni redaktə et]
  • Təyyarə və aviasiya sistemləri
  • Dəniz gəmiləri və hərbi dəniz sistemləri
  • Zirehli döyüş nəqliyyat vasitələri
  • Radioelektron sistemlər, C4ISR
  • Optik-elektron avadanlıq və sistemlər
  • Pilotsuz sistemlər
  • Hərbi geyim və ləvazimatlar
  • Silah və sursat
  • Simulyatorlar və təlim sistemləri
  • Radiasiya, kimyəvi və bioloji müdafiə (RKB)
  • Loqistika. Tibbi ləvazimatlar. Mühəndislik sistem və qurğuları
  • Silah istehsalı üçün avadanlıqlar
  • Hərbi təşkilatlar
  • İxracın təşviqi ilə məşğul olan müəssisələr
  • Müdafiə və təhlükəsizlik üzrə konsaltinq
  • Loqistika xidmətləri
  • Assosiasiyalar
  • Hərbi təhsil müəssisələri
  • Tədqiqat institutları
  • Hərbi laboratoriyalar
  • Silahların utilizasiyası üzrə vasitə və texnologiyalar

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev "ADEX" sərgilərinin daimi ziyarətçisidir.[5] Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilk dəfə 2014-cü ildə keçirilib. Sərgidə 33 ölkədən 170-dən artıq şirkət iştirak etmişdir. Müasir silah və texnikaların nümayişi, Müdafiə Sənayesi Bakı Ekspo Mərkəzində təşkil olunmuşdur.

2016-cı ildə ADEX sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak etmişdir. İştirakçıların coğrafiyası Latviya, Monteneqro, Xorvatiya, Çex RespublikasıEstoniya kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə etmişdir.[6]

  1. "Üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına". president.az. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
  2. "Bakıda "ADEX-2022" dördüncü Beynəlxalq müdafiə sərgisi keçiriləcək". ordu.az. 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
  3. "Baku to hold ADEX - 4th Azerbaijan International Defense Exhibition". Trend.Az (ingilis). 17 dekabr 2021. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
  4. "Bakıda "ADEX-2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb - VİDEO". AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ (az.). mod.gov.az. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
  5. "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev "ADEX-2018" sərgisini ziyarət etdi". mdi.gov.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
  6. "İlham Əliyev "ADEX 2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi" (az.). president.az. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]