Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat-İnformatika fakültəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsiAzərbaycan Dövlət Pedaqoji Universitetinin fakültəsi.

Riyaziyyat Fakültəsi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Yaradılma tarixi 1969
Dekan Araz Fərəcov
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər BakıCoat of arms of Baku.svg Bakı
Digər məlumatlar
Sayt ADPU RF

Tarixi[redaktə | mənbəni redaktə et]

Ali Pedaqoji İnstitut yaradılarkən, burada təşkil edilən üç şöbədən biri Fizika-riyaziyyat şöbəsi idi. 1930-cu ildə Pedaqoji İnstitut ali təhsil ocağı kimi yenidən təşkil ediləndə Fizika-riyaziyyat şöbəsi müstəqil fakültəyə çevrildi. Şöbə kimi fəaliyyətə başlayan fakültənin ilk dekanı M.R.Əfəndiyev olmuşdur. Fizika-riyaziyyat fakültəsi 1969-cu ildə iki müstəqil fakültəyə bölündü:Riyaziyyat və Fizika fakültəsi.

Ötən illər ərzində fakültədə riyaziyyat, riyaziyyat-informatika ixtisasları üzrə kadr hazırlanınışdır. Hazırda fakültədə 3 ixtisas üzrə (riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, informatika müəllimliyi ixtisasları) yüksək ixtisaslı müəllim kadrları hazırlanır.

Fakültədə, əsasən, funksiyalar nəzəriyyəsi, funksional analiz, diferensial və inteqral tənliklər nəzəriyyəsi, diferensial və inteqral tənliklərin ədədi həlləri, riyaziyyatın tədrisi metodikası, cəbr və həndəsənin bəzi aktual məsələləri ilə bağlı elmi araşdırmalar aparılır, dərslik, dərs vəsaiti və metodik göstərişlər hazırlanır, yeni tədris planlarının tələblərinə uyğun proqramlar nəşr edilir.

Rəhbərlər[redaktə | mənbəni redaktə et]

  • dosent Ə.Cəfərov (1969–1971),
  • prof. Q.Orucov (1971–1976),
  • prof. Ə.Məmmədov (1978–1981),
  • dos. F.Abdullayev (1981–1987),
  • dos. C.Süleymanov (1987–1994),
  • dos. Ş.Məmmədov (1994–2001)
  • Dos. Maqsud Nəcəfov (2001–2019)
  • Dos. Araz Fərəcov Salamulla oğlu 2019-cu ildən rəhbərlik edir.

Strukturu[redaktə | mənbəni redaktə et]

  • Riyazi analiz kafedrası
  • Cəbr və həndəsə kafedrası
  • Kompüter elmləri kafedrası
  • Riyaziyyat və onun tədrisi texnologiyası kafedrası

Bakalavr[redaktə | mənbəni redaktə et]

  • Riyaziyyat müəllimliyi
  • Riyaziyyat və inforınatika müəllimliyi
  • İnformatika müəllimliyi

Magistr[redaktə | mənbəni redaktə et]

  • İnformatika
  • İnformatikanın tədrisi metodikası və metodologiyası
  • Riyaziyyatın tədrisi metodikası və metodologiyası

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]