Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Samral (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
"Gənc müəllim" qəzeti — Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbu orqanı.
Gənc Müəllim | |
---|---|
Format | A3, çap və elektron formada yayımlanır |
Təsisçi | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Baş redaktor | Cəfər Cəfərov |
Redaktor | Cavid Hüseynov, Taleh Mirzəyev, Elvin Vahidov (dizayner) |
Yaranma tarixi | 1 fevral 1958 |
Dil | Azərbaycan dili |
Qiymət | pulsuz |
Səhifə | 8 |
Ünvan | Bakı |
Tiraj | 500 |
adpu.edu.az/az/ |
1 fevral 1958-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində nəşr olunur. 2006-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mətbuat və informasiya şöbəsinin tərkibində fəaliyyət göstərir.[1] 2007-ci ildən redaksiyanın nəzdində "Gənc qələmlər" Yaradıcılıq Birliyi yaradılmışdır ki, bu birlikdə universitetin istedadlı gənc yazarları toplamışdır[1].
Qəzet 2010-cu ilin aprel ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür[2]. 2021-ci ilin yanvar ayından etibarən “Gənc Müəllim” qəzeti yeni üslub və dizaynda rəngli formada çap və elektron qaydada dərc edilməyə başlanılıb. Yenilənmiş “Gənc Müəllim” istedadlı tələbələrin yazıları, Vətən müharibəsi Şəhidləri, ADPU-nun məşhur məzunları haqqında silsilə maraqlı rublikalar təqdim etməklə yanaşı innovativ qəzetçiliyi də tətbiq edir. Belə ki, 2021-ci ilin fevral sayından başlayaraq xəbərlərdə QR kod texnologiyası ilə lazımi məlumatlara – mətn, foto və videofayllara hiperistinadın verilməsi təmin edilir.
Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətini işıqlandırmaqdır.
Nəşri dövründə "Gənc müəllim" qəzeti pedaqoji kadr hazırlığı işində bilavasitə xidmətlər göstərmiş və tələbələrin elmi-mədəni səviyyəsinin yüksəlməsi məqsədilə bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olunmuşdur.