Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsi — Azərbaycan Dövlət Pedaqoji Universitetinin fakültəsi.
Riyaziyyat Fakültəsi | |
---|---|
Azərbaycan Dövlət Pedaqoji Universiteti | |
Yaradılma tarixi | 1969 |
Dekan | Araz Fərəcov |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | ADPU RF |
Ali Pedaqoji İnstitut yaradılarkən, burada təşkil edilən üç şöbədən biri Fizika-riyaziyyat şöbəsi idi. 1930-cu ildə Pedaqoji İnstitut ali təhsil ocağı kimi yenidən təşkil ediləndə Fizika-riyaziyyat şöbəsi müstəqil fakültəyə çevrildi. Şöbə kimi fəaliyyətə başlayan fakültənin ilk dekanı M.R.Əfəndiyev olmuşdur. Fizika-riyaziyyat fakültəsi 1969-cu ildə iki müstəqil fakültəyə bölündü:Riyaziyyat və Fizika fakültəsi.
Ötən illər ərzində fakültədə riyaziyyat, riyaziyyat-informatika ixtisasları üzrə kadr hazırlanınışdır. Hazırda fakültədə 3 ixtisas üzrə (riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, informatika müəllimliyi ixtisasları) yüksək ixtisaslı müəllim kadrları hazırlanır.
Fakültədə, əsasən, funksiyalar nəzəriyyəsi, funksional analiz, diferensial və inteqral tənliklər nəzəriyyəsi, diferensial və inteqral tənliklərin ədədi həlləri, riyaziyyatın tədrisi metodikası, cəbr və həndəsənin bəzi aktual məsələləri ilə bağlı elmi araşdırmalar aparılır, dərslik, dərs vəsaiti və metodik göstərişlər hazırlanır, yeni tədris planlarının tələblərinə uyğun proqramlar nəşr edilir.