Azərbaycan Diasporuna Dəstək Fondu — Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu fond.[1]
Azərbaycan Diasporuna Dəstək Fondu | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 6 iyul 2018 |
Tabelik | Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi |
Baş qərargah | Bakı, Azərbaycan |
Ünvan | Səməd Vurğun küç. 43, Dünya Biznes Mərkəzi, 5-ci mərtəbə, AZ 1014 |
Rəhbərlik | |
Rəhbər | Əkrəm Abdullayev |
|
|
Rəsmi saytı | diaspora.foundation |
Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə yaradılmışdır.[1][2][3][4]
Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qorumasına, daha da inkişaf etdirilməsinə və tanıtmasına, onların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyi göstərməkdir.[1]
Fond öz fəaliyyətində və idarəetmədə korporativ idarəetmə standartlarını tətbiq edir.[1] Müşahidə Şurası və İcraçı direktor Fondun idarəetmə orqanlarıdır.[1]
Fonda ümumi rəhbərliyi və nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir.[1] Şura onun sədri də daxil olmaqla üç üzvdən ibarətdir.[1] Şuranın üzvlərini Komitənin sədri vəzifəyə təyin və vəzifədən azad edir.[1] Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.[1]
Fondun cari fəaliyyətinə İcraçı direktor rəhbərlik edir.[1] İcraçı direktoru vəzifəyə Müşahidə Şurası təyin və vəzifədən azad edir.[1] O, Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə cavabdehdir.[1] İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.[1]
Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.[1]
Fondun nizamnamə fondu 500.000 manatdır.[1]