Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət KomitəsiAzərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Diasporla İş üzrə Dövlət Komitəsi
  • Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi
Möhürün şəkli
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 19 noyabr 2008
Ünvan Səməd Vurğun küçəsi 24, Bakı şəhəri
Rəhbərlik
Rəhbər Fuad Muradov

Rəsmi saytı www.diaspor.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.

  • diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • diasporla iş sahəsinin inkişafını təmin edir;
  • beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmasına və inkişaf etdirməsinə köməklik göstərir;
  • xaricdə yaşayan azərbaycanlıların, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır;
  • xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarını, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir;
  • beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir;
  • xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini, qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir;
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.[1]

Komitə həmçinin xaricdə yaşayan Azərbaycanlıların ölkəmizin mədəniyyəti, tarixi və s. barədə məlumat yaymasına dəstək verir. Məsələn, 2011-ci ilin yanvarında Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanın da tələbələr tərəfindən təmsil olunmasına komitə dəstək verib.[2]

İctimai birlik

[redaktə | mənbəni redaktə et]

Təşkilat ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 29 mart 2019-cu ildə "Azərbaycan Diaspor Könüllüləri" proqramı olaraq fəaliyyətə başlamışdır. Könüllü fəaliyyətə start verilməsinə motiv Azərbaycan Prezidenti İlham Əliyevin 1 fevral 2019-cu ildə Azərbaycan Gənclər Gününə həsr olunmuş toplantıdakı çıxışı olmuşdur.[3]

24 aprel 2019-cu ildə Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilmişdir. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Heydər Əliyev Fondunun "Regional İnkişaf İctimai Birliyi"nin təmsilçisi Cəmil Əliyev, "ASAN xidmət"in aparat rəhbəri Azad Cəfərli və könüllülər iştirak etmişdilər.[4]

Könüllülərin diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində, müxtəlif yerli və beynəlxalq layihələrdə, diaspor gənclərinin müxtəlif ölkələrdə keçirdiyi tədbirlərdə və uyğun maarifləndirici aksiyalarda iştirak etməsi nəzərdə tutulmuşdur.[3] "Azərbaycan Diaspor Könüllüləri"nin devizi "Bir addım 1000 addıma yol açır" seçilmişdir.[4] Təşkilatın fəaliyyəti Diasporla İş üzrə Dövlət Komitəsinin binasında icra olunur.

"Diaspor Könüllüləri İctimai Birliyi"nin üzvləri 18–29 yaş aralığındakı gənclərdən ibarətdir. 2019-cu ildə açıqlanan elana əsasən, müraciət edənlər içərisindən seçilmiş könüllülər 2 ay müddətində dövlət komitəsində müvafiq könüllülük proqramı keçmişdilər. "Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirmişdir ki, ilk açıqlanan müraciət elanına proqrama 609 gənc müraciət etmişdir. Onların 95%-i Bakıda, 3,5%-i regionlarda, 1,5%-i isə xaricdə yaşayan azərbaycanlı gənclər olmuşdular.[4] Proqram çərçivəsində üzvlərə könüllülük fəaliyyəti, diaspor, Azərbaycan diaspor hərəkatı haqqında ümumi məlumatlar verilmişdir. Proqramda tam iştirak etmiş gənclərə dövlət komitəsi tərəfindən sertifikatlar verilir.[3]

"Azərbaycan diaspor könüllüləri" proqramına müraciət edən gənclər hissə-hissə Diasporla İş üzrə Dövlət Komitəsinə dəvət olunaraq təlimlərə cəlb edilmişdir. Dövlət Komitəsinin müvafiq struktur rəhbərləri və əməkdaşları tərəfindən diaspor könüllüləri ilə keçirilən görüşlərdə Dövlət Komitəsinin ümumi fəaliyyəti, o cümlədən struktur bölmələrin əsas fəaliyyət istiqamətləri və vəzifələri barədə geniş məlumat verilir. Könüllülər 2019-cu ilin iyun ayının ilk həftəsindən başlayaraq əvvəlcədən müəyyən edilmiş konkret mövzular üzrə təlimlərə cəlb edilmişdir.[5]

2019-cu ilin iyununda Diasporla İş üzrə Dövlət Komitəsində "Diaspor TV" vasitəsilə "Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçıları ilə xaricdə yaşayan azərbaycanlılarla birgə müzakirələri təşkil edilmişdir. Müzakirələr yeni başlayan dövrdə qısa müddət ərzində könüllülər Kanada, NorveçÇilidə yaşayan azərbaycanlılarla onların həmin ölkələrdə nə vaxtdan məskunlaşmaları, yaşadıqları cəmiyyətə inteqrasiya olunmaları, məşğuliyyətləri və s. kimi məsələlərlə bağlı müzakirələr aparmışdılar.[6] Həmin ilin iyulunda proqram çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi işçilərinin peşə bayramı münasibətilə "Vətən Uzaqda Deyil" adlı breyn-rinq İntellektual yarışı təşkil edilmişdir. İntellektual oyunda Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşlarından və "Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçılarından ibarət 7 komanda yarışmışdır. Qalib komandaya sertifikat, kubok və medallar təqdim edilmişdir.[7]

"Azərbaycan Diaspor Könüllüləri" proqramının ilk buraxılış qrupu 19 iyul 2019-cu ildə proqramı uğurla başa vurmuşdur. Həmin gün Diasporla İş üzrə Dövlət Komitəsində onlarla görüş keçirilmiş, görüşdə Dövlət Komitəsinin rəhbər heyəti, könüllülər və müxtəlif ölkələrdən Diaspor gənclərinin II Yay düşərgəsinə qatılmış bir qrup gənc iştirak etmişdir.[8] Həmin ilin sentyabrında proqrama qatılmaq üçün müraciət etmiş gənclərdən ibarət növbəti qrup Dövlət Komitəsində olmuş, onlara Diasporla İş üzrə Dövlət Komitəsinin müvafiq struktur rəhbərləri və əməkdaşları tərəfindən Komitənin ümumi fəaliyyəti, o cümlədən struktur bölmələrin əsas fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumatlar verilmişdir.[9]

Könüllü gənclər ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi "Nə? Harada? Nə zaman?" intellektual turnirdə komitə könüllülərini təmsil etmişdir.[10] Oktyabr ayında ASAN Təlim-Tədris Mərkəzinin müdiri, dosent Nazənin Hüseynova və Mərkəzin təlimçisi Asəf Zeynalov könüllü gənclərə könüllülük fəaliyyəti ilə bağlı təlimlər keçmişdir. Təlimlərdə gənclərə Azərbaycanda könüllülər hərəkatının formalaşması barədə informasiya verilmiş, könüllülük anlayışı, bu fəaliyyətin gənclərin peşəkar inkişafında rolu izah olunmuşdur.[11] Həmin ay həmçinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə "Azərbaycan Diaspor Könüllüləri" proqramının bir qrup iştirakçısının görüşü keçirilmişdir. Görüşün keçirilməsində məqsəd gəncləri Dağlıq Qarabağ mövzusu haqqında məlumatlandırmaq olmuşdur.[12]

Bundan başqa, "Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçıları ilə xaricdə yaşayan azərbaycanlılar arasında müzakirələrə davam edilmişdir. Müzakirələrin ilk günündə könüllülər Norveçdə yaşayan azərbaycanlı gənc, "CAN" təşkilatının sədri Şervin Nəcəfpur, "Qala" Azərbaycan–Yunanıstan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, təşkilatın baş katibi Salatın Məmmədli və Yunanıstanda yaşayan azərbaycanlı gənc Günel Nəsirova ilə video bağlantı vasitəsilə danışmışdılar.[13] Həmçinin, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsü ilə komitə əməkdaşlarından, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələrindən və "Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçılarından ibarət bir qrup şəxs Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmişdir.[14]

Həmin ilin noyabrında 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Diaspor Könüllüləri tərəfindən Bakı şəhərinin mərkəzində uşaqlara və xarici sakinlərə Azərbaycan paylanılmışdır.[15] Həmçinin, həmin ayda proqramın iştirakçılarından biri Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "II Dünya müharibəsi: sülh naminə həqiqətlər" adlı beynəlxalq konfransda iştirak etmişdir.[16] 2019-cu ilin dekabrında Azərbaycan Diaspor Könüllüləri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı ağacəkmə aksiyasında iştirak etmişdir.[17] 5 dekabr 2019-cu il tarixində keçirilən Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumunda Azərbaycan Diaspor Könüllüləri proqramının iştirakçısı Şahru Şabanov "İlin Könüllüsü" seçilərək mükafatlandırılmışdır.[18] "Azərbaycan Diaspor Könüllüləri" proqramının ikinci buraxılış qrupu 16 dekabr 2019-cu ildə proqramı uğurla başa vurmuşdur.[19]

2020-ci ilin fevralında "Azərbaycan Diaspor Könüllüləri" tərəfindən Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar haqqında video-çarx hazırlanmışdır.[20] Həmin ay "Azərbaycan Diaspor Könüllüləri" Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Vikipediya" təlimlərinə başlamışdır.[21] Həmin ilin iyununda Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə yaradılan "Qarabağ Azərbaycandır!" (Karabakh is Azerbaijan!) adlı "YouTube" kanalının video təqdimatı keçirilmişdir.[22] Bundan sonra milli platformanın beynəlxalq qanadı yaradılmış və xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilmişdir. Bu məqsədlə "Xarici ölkə gəncləri də "Qarabağ Azərbaycandır!" deyir" mövzusunda süjet hazırlanmışdır.[23]

Artıq avqust ayında platformanın "Facebook" sosial şəbəkəsində fəallıq göstərən qrupun tərkibində 56 ölkədə yaşayan azərbaycanlılar təmsil olunurdular.[24] Platforma çərçivəsində ingilis, rus və digər dillərdə Qarabağ münaqişəsi haqqında videolar dərc olunmuşdur.[25] "Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu" çərçivəsində ilin ən fəal könüllülərinin adları elan olunmuş, "Azərbaycan Diaspor Könüllüləri" proqramının iki iştirakçısı "İlin Könüllüsü" mükafatı ilə təltif olunmuşdur.[26]

Diaspor Könüllüləri İctimai Birliyi təşkilatçılığı ilə keçirilmiş "Azərbaycan diaspor könüllülərinin Şuşaya səfəri". 2022-ci il.

2021-ci ilin mayında “Azərbaycan Diaspor Könüllüləri" proqramının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə "Vikipediya" təlimlərinə start verilmişdir.[27] Həmin ilin sentyabrında "Karabakh is Azerbaijan!" Milli Platforması Qarabağda fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start vermişdir. Platformanın koordinatoru Bəxtiyar Rəhimov qeyd etmişdir ki, kitablar könüllü şəkildə toplanacaq və çeşidlənəcək, daha sonra həmin kitablar Qarabağda açılacaq kitabxanalara hədiyyə ediləcək. Qısa müddətdə artıq Azərbaycanda, TürkiyədəBirləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən fəallar 1,000-dən artıq kitab toplamışdılar.[28] Noyabr ayında "Karabakh is Azerbaijan" Milli Platfortması və Diaspor Könüllülərindən ibarət 50 nəfərlik heyət Ağdama səfər etmişdir. Onları Dövlət Komitəsinin əməkdaşları, "Karabakh is Azerbaijan!" Milli Platformasının və Diaspor Könüllülərinin koordinatoru müşayiət etmişdilər.[29] Noyabr ayında proqram iştirakçıları "IDEA İctimai Birliyi" və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyasına qoşulmuşdur.[30] Həmin ilin dekabrında Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəblinin "Azərbaycan Diaspor Könüllüləri" proqramının bir qrup iştirakçısı ilə görüş keçirmiş, onlara "İlin diaspor könüllüsü" plaketləri təqdim olunmuşdur.[31] Həmçinin, "Azərbaycan Diaspor Könülləri" proqramının iştirakçıları Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumunda iştirak etmiş, proqramın 4 iştirakçısı təltif olunmuşdur.[32]

2022-ci ilin sentyabrında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə "Biz dəmir yumruğun gücü ilə Şuşadayıq" layihəsi çərçivəsində 50 könüllü və Komitə əməkdaşları Şuşaya səfər etmişdir. Səfər proqramına "Bazarbaşı", Cıdır düzü, güllələnmiş heykəllərin olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın sarayı, Xan qızı bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəyovun heykəli, Bülbülün ev-muzeyi, Gəncə qapısı, Saatlı, AşağıYuxarı Gövhərağa məscidləri və digər görməli yerlərin ziyarəti daxil olmuşdur.[33] Diaspor könüllüləri Cıdır düzündə iri ölçülü Azərbaycan bayrağını dalğalandırmış və “Qarabağ Azərbaycandır!” şüarını səsləndirmişdilər.[34]

Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinator Bəxtiyar Rəhimovdur.[3]

Düşərgələr

[redaktə | mənbəni redaktə et]

I Yay Düşərgəsi

[redaktə | mənbəni redaktə et]

Diaspor Gənclərinin ilk Yay Düşərgəsi AR Diasporla İş üzrə Dövlət Komitəsi, AR Gənclər və İdman Nazirliyi və AR Gənclər Fondunun birgə təşkilatçılığı ilə 22-28 avqust 2018-ci il tarixlərində Şəki şəhərində keçirilib.[35]

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Yay Düşərgəsində ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya və Böyük Britaniya da daxil olmaqla 37 ölkədən 140 diaspor gənci iştirak edib. Diaspor Gənclərinin I Yay Düşərgəsində hökumət rəsmiləri, millət vəkilləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Diaspor Gənclərinin I Yay Düşərgəsində gənclər siyasəti, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifləndirmə, idman, mediada diaspor və digər mövzularda müzakirələr aparılıb.

II Yay Düşərgəsi

[redaktə | mənbəni redaktə et]

“Nəsimi-650″ adlı Diaspor Gənclərinin II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə 2019-cu il 9-14 iyun tarixlərində Şamaxı şəhərində keçirilib.[36]

Yay Düşərgəsində 47 ölkədən 107 diaspor gənci iştirak edib.[37] II Yay Düşərgəsi çərçivəsində xaricdəki diplomatik nümayəndəliyin rəhbərləri və bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri, eləcə də ictimai xadimlər və media nümayəndələri ilə görüşlər keçirilib.

III Yay Düşərgəsi

[redaktə | mənbəni redaktə et]

Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu ilə birlikdə 2022-ci ilin 2-8 avqust tarixlərində Şuşa şəhərində Diaspor Gənclərinin III Yay Düşərgəsini təşkil edib.[38][39] Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi olub.[40] Bu layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib.[41] Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də müxtəlif xalqların nümayəndələri olub.[42]

“Diaspor və gənclər siyasəti”, “Dövlət qurumları ilə ictimai əlaqələrin qurulması”, “Layihələrin yazılması və “Fundraising" prosesinin təşkili”, “Diplomatiyada fəaliyyətinin qurulmasında gənclərinin rolu”, “Şəbəkənin genişləndirilməsi və Diaspor Gənclərinin (ADG) təqdimatı” mövzularında panellər təşkil edilib.[43]

IV Yay Düşərgəsi

[redaktə | mənbəni redaktə et]

Diaspor Gənclərinin IV Yay Düşərgəsi 12-18 avqust 2023-cü il tarixində Naxçıvanda keçirilib.[44]

Düşərgədə dünyanın 50-dən çox ölkəsindən gələn 100-dən çox gənc iştirak edib.[45] Yay Düşərgəsi gənclərin müasir tarix, diplomatiya, dil və mədəniyyət barədə hərtərəfli məlumat almaları, öz aralarında şəbəkələşlmələri üçün xüsusi platforma rolunu oynayır.[46]

  1. "Arxivlənmiş surət". 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-19.
  2. "Rəşad Mehbaliyev, Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında azərbaycanlı tələbələr də iştirak ediblər - FOTO". 2011-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
  3. 1 2 3 4 ""Azərbaycan Diaspor Könüllüləri" proqramına start verildi". modern.az. 2023-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  4. 1 2 3 ""Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edilib — Fotolar". Qafqazinfo. 24 apr 2019. 23 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2023.
  5. ""Azərbaycan Diaspor Könüllüləri" ayrı-ayrı qruplar şəklində təlimlərə cəlb edilir". diaspor.gov.az. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23. (#redundant_parameters)
  6. "Diaspor könüllüləri virtual müzakirələrə başlayıb (FOTO)". Trend.Az. 21 iyn 2019. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  7. ""Vətən uzaqda deyil" Breyn Rinq intellektual yarışı keçirilib (FOTO)". Trend.Az. 4 iyl 2019. 2019-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  8. ""Azərbaycan Diaspor Könüllüləri"nin ilk qrupu proqramı uğurla başa vurub". diaspor.gov.az. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23. (#redundant_parameters)
  9. "Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb". Day.Az. 23 yan 2020. 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  10. "Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb". Report İnformasiya Agentliyi. 2023-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  11. ""Azərbaycan Diaspor Könüllüləri"nə təlimlər davam etdirilir". İki sahil (az.). 1 oktyabr 2019.
  12. "Diaspor könüllüləri icma sədri ilə görüşüb". modern.az. 2023-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  13. "Diaspor könüllüləri xaricdə yaşayan azərbaycanlılarla müzakirələr aparıb". diaspor.gov.az. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  14. ""Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçıları Cocuq Mərcanlıya səfər ediblər". Şərq qapısı. 21 oktyabr 2019.
  15. "Azərbaycan Diaspor Könüllülərindən möhtəşəm aksiya - FOTO". modern.az. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  16. "Diaspor Könüllüsü Moskvada keçirilən Beynəlxalq konfransda iştirak edib". diaspor.gov.az. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  17. "Dövlət Komitəsinin əməkdaşları ağacəkmə aksiyasında iştirak edib". diaspor.gov.az. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  18. "Bakı Biznes Universitetinin tələbəsi "İlin Könüllüsü" seçilib". Bakı Biznes Universiteti. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  19. ""Azərbaycan Diaspor Könüllüləri"nin növbəti qrupu proqramı uğurla başa vurub". diaspor.gov.az. 2022-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  20. "Azərbaycan Diaspor Könüllüləri Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər təşkil edib". diaspor.gov.az. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  21. ""Azərbaycan Diaspor Könüllüləri" Vikipediya təlimlərinə başladı - FOTO". modern.az. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  22. ""Karabakh İs Azerbaijan!" adlı YouTube kanalının təqdimatı keçirilib". Qafqazinfo. 9 iyn 2020. 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  23. ""Karabakh is Azerbaijan!" milli platforması beynəlxalq müstəvidə fəaliyyətə başlayır". photo.azertag.az. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  24. ""Karabakh is Azerbaijan!" qrupunda 56 ölkə təmsil olunur". diaspor.gov.az. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  25. ""Karabakh is Azerbaijan!" milli platformasının əhatə dairəsi genişlənir". diaspor.gov.az. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  26. "Diaspor könüllüləri "İlin Könüllüsü" mükafatına layiq görüldü". modern.az. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  27. "Azərbaycan könüllüləri üçün "Vikipedia" təlimlərinə start verilib". diaspor.gov.az. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  28. "Qarabağda açılacaq kitabxanalar üçün yeni layihə başlayıb". Trend.Az. 9 sen 2021. 2021-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  29. "Diaspor könüllüləri Ağdamda". modern.az. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  30. "Dövlət Komitəsinin əməkdaşları, diaspor könüllüləri və diaspor nümayəndələri "Yaşıl Marafon" ağacəkmə kampaniyasına qoşulub". diaspor.gov.az. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  31. "Bir qrup gənc "İlin diaspor könüllüsü" adına layiq görülüb". diaspor.gov.az. 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  32. ""Azərbaycan Diaspor Könülləri" proqramının bir qrup iştirakçısı təltif edilib". diaspor.gov.az. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  33. "Diaspor könüllüləri Şuşaya yola düşüblər". diaspor.gov.az. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  34. "Diaspor könüllüləri Cıdır düzündə "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər". diaspor.gov.az. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  35. В Азербайджане состоялась церемония официального открытия I Летнего лагеря диаспорской молодежи с участием юношей и девушек из Украины Arxivləşdirilib 2022-12-04 at the Wayback Machine // kievinform.com
  36. В Шамахе открылся II летний лагерь диаспорской молодежи // azru.org
  37. ЛЕТНИЙ ЛАГЕРЬ ДИАСПОРСКОЙ МОЛОДЕЖИ // novoye-vremya.com
  38. This year’s Summer Camp for Azerbaijani Diaspora Youth has concluded in the country’s city of Shusha. Arxivləşdirilib 2023-06-04 at the Wayback Machine // diasporadigitalnews.com
  39. Азербайджанская молодежь поедет в летний лагерь в Шушу // addnt.ru
  40. Состоялась церемония открытия III Летнего лагеря диаспорской молодежи // innews.media
  41. Azerbaijani Diaspora Youth Attend Summer Camp Arxivləşdirilib 2023-02-02 at the Wayback Machine // thej.ca
  42. В Шуше состоялось открытие III Летнего лагеря диаспорской молодежи // ednews.net
  43. Участники III Летнего лагеря диаспорской молодежи побывали в Государственном комитете по работе с диаспорой Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine // turktoday.info
  44. Fourth Summer Camp of Diaspora Youth “Heydar Aliyev-100” to be held in Nakhchivan Arxivləşdirilib 2023-06-07 at the Wayback Machine // azertag.az
  45. IV Diaspora Youth Summer Camp: Legacy and Education Amid Celebration // bnn.network
  46. IV Yay Düşərgəsi // ahik.org

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]