Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı — 2000-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olnuş ali təhsil müəssisəsi[1].
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı | |
---|---|
Şəhər | Mingəçevir |
Ölkə |
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında yaradılmışdı.
Filialda 3 fakültə - "Pedaqoji məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İxtisasartırma" və "Yenidənhazırlama"; 5 kafedra - "Riyaziyyat və informatika", "Təbiət fənləri", "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası", "Xarici dillər", "Pedaqoji və ictimai fənlər" kafedraları var idi.
Filialda 6 ixtisas üzrə (riyaziyyat və informatika; riyaziyyat və fizika; məktəbəqədər təhsilin pedaqogikası və metodikası; Azərbaycan dili və ədəbiyyatı; ingilis dili) bakalavr səviyyəsində ilkin pedaqoji kadr hazırlığı aparılırdı.
Filialın əsas fəaliyyət sahələrindən biri müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsi olmuşdur. Filialda dislokasiya üzrə 7 rayonun (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Bərdə, Tərtər) pedaqoji kadrları ikitərəfli müqaviləyə əsasən ixtisasartırma və təkmilləşdirmə təhsilinə cəlb olunurdu.
Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir.[3] Filialın maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilmişdir.[4]
Universitet ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |