Aqiyə Həbib qızı Naxçıvanlı (11 mart 1950, Vartaşen) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri[1], Azərbaycan Respublikasının əməkdar müəllimi.[2]
Aqiyə Naxçıvanlı 11 mart 1950-ci ildə Oğuz şəhərində anadan olub. 1957–1960-cı illərdə Oğuz (Vartaşen) şəhər 1 N-li orta məktəbin şagirdi olub. 1967–1972-ci illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (Bakı Slavyan Universiteti) tələbəsi olub. 2015-ci ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri seçilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilati məsələləri şöbəsi müdirinin sabiq müavini Hüseyn Şərif oğlu Mövsümovla[3] ailəlidir[4], 2 övladı var.
1972-ci ildə təyinatla Oğuz rayon 2 N-li orta məktəbinə rus dili müəllimi göndərilib. Həmin illərdə məktəb – müəllim komsomol təşkilatının sədri seçilib. 1973-cü ildə Oğuz rayonunun Komsomol Komitəsinin məktəbli gənclərlə iş üzrə katibi seçilib. 1974–1977-ci illərdə Oğuz rayonu Komsomol Komitəsinin birinci katibi təyin edilib. 1975–1977-ci illərdə Rayon Partiya Komitəsinin büro üzvü, Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.
- 1977-ci ildə Azərbaycan LKGİ (Lenin Kommunist Gənclər Ittifaqının) Mərkəzi Komitəsinin məktəbli-gənclər şöbəsinin müdiri təyin edilib, Komsomolun Mərkəzi komitəsinin plenum üzvü seçilib.
- 1978–1980-ci illərdə Bakı Ali Partiya məktəbinin müdavimi olub.
- 1980–1983-cü illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin ümumi şöbəsində təlimatçı vəzifəsində işləyib.
- 1983-cü ildən 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsində işləyib.
- 1986–1995-ci illərdə Bakı Ali Partiya məktəbinin "Rus dili və ədəbiyyatı" kafedrasında baş müəllim vəzifəsində işləyib.
- 1995-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun "Azərbaycan və rus dili" kafedrasının müdiri vəzifəsində çalışıb.
- 1996-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
- 1996–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun elmi katibi, Aspirantura şöbəsinin müdiri vəzifəsində çalışıb, eyni zamanda "Fəlsəfə" kafedrasının dosenti olub.
- 1999–2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin dekanı vəzifəsində çalışıb.
- 2002-ci ildə elmi pedaqoji fəaliyyətinin 30 illiyi münasibətilə rektorluq tərəfindən təşəkkür elan edilmişdir.
- 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Fəlsəfə və Sosial psixologiya" kafedrasının dosenti elmi adı almışdır.
- 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı Siyasi elmlər doktoru alimlik dərəcəsi verilmişdir.
- 2000–2005-ci illərdə Səbail rayon YAP qadınlar şurasının sədr müavini seçilmişdir.
- 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin 28 mart, 713 saylı Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin olunmuşdur.
- 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilmişdir.
- 2007-ci ildə Beynəlxalq Kadr Akademiyasının rəyasət heyətinin qərarı ilə "Fəxri akademik" adına layiq görülmüşdür.
- 2008-ci ildə Nərimanov rayon YAP siyasi şurasının üzvü seçilib.
- 2010-cu ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib. Ehtiyatda olan tibb bacısıdır.
- 2015-ci ildən 2020-ci ilə qədər Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri olub[1].
- 1976-cı ildə "Əməkdar fərqlənməyə görə" medalı ilə təltif edilib.
- 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 3062 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adı verilmişdir.[2]
- 2009-cu ildə Azərbaycan YAP Qadınlar Şurasının İdarə heyətinin üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli 612 nömrəli Sərəncamı ilə "Şöhrət Ordeni" ilə təltif olunub.
- 2009-cu ildə İctimai təltifatlar üzrə Birləşmiş Millətlər Şurası Beynəlxalq Təltifat İttifaqının "Avropa şərəfi" ordeni ilə təltif olunmuşdur.
- 2018-ci ildə Azərbaycan Polisinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən "Azərbaycan Polisinin 100 illiyi" yubiley medalı ilə, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi ilə əlaqədar "Milli Məclis-100" medalı ilə təltif olunmuşdur.
- 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub.[1]
- 2020-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
|
---|
Filialları | |
---|
Digər | |
---|