Azərbaycan Milli Dirəniş Təşkilatı Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların milli müqəddəratını təyinetmə haqqını əldə etmələri üçün dinc mübarizə aparan təşkilat.[1]
Azərbaycan Milli Dirəniş Təşkilatı Azərbaycan Milli Dirəniş Təşkilatı | |
---|---|
Quruluş tarixi | 2006 |
Baş qərargah | |
İdeologiya | azərbaycançılıq, millətçilik, türkçülük, insan hüquqları, sekulyarizm |
Şüar | Öz müqəddəratını təyin etmə |
Saytı | diranish.org |
Azərbaycan Milli Dirəniş (Muqavimət) Təşkilatı 19 mart 2006-cı ildə Cənubi Azərbaycanda yaradılmışdır.[2] Cənubi Azərbaycanda fars şovinizmilə mubarizə aparan milli təşkilatlardan biridir. Yayımladığı məramnaməsində təşkilatın Azərbaycan vətəni və türklüyü əsas tutaraq Cənubi Azərbaycanda yaşayan türklərin öz siyasi gələcəklərini təyinetmə haqqını əldə etmələri üçün dinc şəkildə mübarizə aparmaqdadır.[3][4]
Araz News saytı təşkilatın rəsmi xəbər orqanı olaraq 3 sentyabr 2010-cu ildə Babək Çələbiyanlı tərəfindən qurulmuşdur. Hazırda Araz News 3 dildə Cənubi Azərbaycan haqqında xəbər və məlumatlar yaymaqdadır.[5]
Təşkilat irqçiliyə, terrorizmə qarşı fəaliyyət göstərir, həmçinin Cənubi Azərbaycanda yaşayan dini azlıqların İran rejimi tərəfindən pozulan haqlarını mudafiə edir.[6][7]
Təşkilatın ilk sözçüsü Davud Turan olmuşdur. Hazırda təşkilatın rəsmi sözçüsü ABŞ-də yaşayan milli fəal Babək Çələbiyanlıdır.
2016-cı ildə isə təşkilat Cənubi Azərbaycanın şəhərlərində gizli olaraq 10-cu ildönümü munasibəti ilə tədbirlər keçirib.[8] Təşkilat bir il sonra — 2017-ci ildə Ankara və Vaşinqton şəhərlərində 11-ci ildönümünü qeyd edib.[9]
Təşkilatın sözçüsü Babək Çələbiyanlı İsrail dövlətinin Yaxın Şərqdə yeni bir kürd dövlətinin yaranmasını dəstəkləməsinə və bu yeni dövlətin sərhədləri içinə Cənubi Azərbaycanın Urmiya şəhərinin də salınmasına etiraz olaraq İsrail xarici işlər nazirliyinə məktub yazmışdır.[10]
Azərbaycan Milli Dirəniş Təşkilatı Azərbaycanın milli varlığına qarşı aparılan yağma və talanı durdurmağın tək yolunun irəli səviyyədə təşkilatlanmada və uzmanlaşmada görür və aşağıda sayılan ilkələr və inancları mənimsəyir:
Azərbaycan Milli Dirəniş Təşkilatı gizli və yarıgizli mübarizəyə inandığı üçün illər boyu hər hansısa üzvünü tanıtdırmaqdan imtina edibdir. İlk sözçüsü Davud Turan olubdur. Həmin təşkilat ilk sözçüsünü tanıtdıqdan sonra tam gizli təşkilatdan yarı gizli mübarizəyə keçmişdir.
Hazırda təşkilatın sözçüsü Babək Çələbiyanlıdır. O, Vaşınqtonda mühacirətdə yaşayır və Amerikanın səsində jurnalist olaraq Cənubi Azərbaycanla bağlı informasiyalar yayımlayır.[12]
Babək Şahid, Məcid Araz, Oğuz Bahadır kimi şəxslər bu təşkilatın xaricdəki məsullar və üzvlərindəndirlər.[13]