Futbol üzrə Azərbaycan Kuboku 1992 — Futbol üzrə Azərbaycan kubokunun ilk mövsümüdür. "İnşaatçı"(Bakı) finalda "Kür"(Mingəçevir) klubunu məğlub edərək ilk turnirin qalibi kimi tarixə düşüb.
Ölkə |
Azərbaycan |
Komandalar |
12 |
Çempion |
İnşaatçı (Bakı) |
Finalçı |
Kür (Mingəçevir) |
Oyun sayı |
11 |
Qol sayı |
32 (oyun başına 2.91) |
|
1-ci Azərbaycan kuboku cəmi 12 komandanın iştirakı ilə baş tutmuş və hər mərhələnin duelləri bir matçdan ibarət olmuşdur. 4 cüt 1/8 finalda qarşılaşıb, növbəti mərhələdə gözləyən 4 iştirakçının rəqiblərini müəyyənləşdirməli idi. 2 birinci liqa klubunun da mübarizə apardığı, iştirakçılarından 5-nin paytaxtı təmsil etdiyi yarışın diqqətçəkən məqamlarından biri çempionatda iddialılardan sayılan "Qarabağ"ın ilk kuboka qatılmamasıdı. Turnirə gəlincə, Neftçala "Pambıqçı"sının futbolçusu Elnur Əsgərov "Nicat"la görüşdə hesabı açaraq, ölkə kuboku tarixinə ilk qolun müəllifi kimi düşüb[1].
,
1992-ci il Azərbaycan Kubokunda iştirak edən komandaların xəritədə yeri.
15 avqust 1992 |
Turan Tovuz |
1 : 0 |
Kəpəz (Gəncə) |
|
|
20 avqust 1992 |
Tərəqqi (Bakı) |
3 : 1 |
Turan (Tovuz) |
|
|
22 avqust 1992 |
Tərəqqi (Bakı) |
0 : 2 |
Kür (Mingəçevir) |
|
|
Final oyunu 29 avqust 1992-ci ildə keçirilmişdir. Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmada "İnşaatçı" (Bakı) "Kür" (Mingəçevir) komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək ilk kubokun sahibi olmuşdur. Həmin qarşılaşmanı 4 min tamaşaçı izləmişdir. Oyunun baş hakimi Gülağa Cabbarov olmuşdur.
|
---|
Mövsümlər | |
---|
Finallar | |
---|