Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2010)

Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2010) — 29 noyabr 2010-cu il tarixində IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin seçilməsi üçün keçirilmiş seçki. Seçkidə bir namizəd — Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədov iştirak etmiş və birinci turda 121 lehinə, 1 əleyhinə səslə sədr seçilmişdir.

← 2005  Azərbaycan  2015 →
Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2010)
29 noyabr 2010
Namizəd Oqtay Əsədov
Partiya Yeni Azərbaycan Partiyası
Səslər 121

Nəticə Oqtay Əsədov Azərbaycan Respublikasının Milli Məclisinin sədri seçildi.

Seçki qaydası

[redaktə | mənbəni redaktə et]
  • Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.[1]
  • Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər.[1]
  • Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.[1]
  • Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər.[1]
  • Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədri seçilir.[1]
  • Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 63 səs ala bilməzsə, Milli Məclisin Sədrinin birinci müavininin seçkiləri keçirilir.[1]
  • Milli Məclisin Sədrinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Milli Məclisin iclasına sədrlik edən imzalayır.[1]
Namizəd Siyasi partiya Topladığı səs
İlk dövrə
(29 noyabr 2010)
Lehinə Əleyhinə Bitərəf
Oqtay Əsədov Yeni Azərbaycan Partiyası 121 1 0
Boş
Etibarsız
İştirak edən 122
İştirak etməyən 3
Mənbə: [2]
  1. 1 2 3 4 5 6 7 "Azərbaycan Respublikası Milli Məclisinin DAXİLİ NİZAMNAMƏSİ". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
  2. "DÖRDÜNCÜ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN I SESSİYASI İCLASININ PROTOKOLU No 1". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.