Oqtay Sabir oğlu Əsədov (3 yanvar 1955, Şəhərcik, Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin sədri (2005–2020).
Oqtay Əsədov | |
---|---|
2 dekabr 2005 – 10 mart 2020 | |
Əvvəlki | Murtuz Ələsgərov |
Sonrakı | Sahibə Qafarova |
24 noyabr 2000 – 23 sentyabr 2024 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 yanvar 1955 (69 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.[1]
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti vəzifələrində çalışmışdır.[1][2]
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2 dekabr 2005-ci ildən 10 mart 2020-ci ilədək Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsində çalışmışdır. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olmuşdur.[1]
Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ilə qudadır.[3]